X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ölkəmizlə Avropa Şurası arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar var

Aprelin 29-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurasının Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi xanım Veronika Kotek ilə görüşmüşdür.

Ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafı üzrə Avropa Şurası ilə birgə irimiqyaslı tədbirlərin həyata keçirildiyini vurğulayan nazir, hüquqi tədris sahəsində işləri qeyd etmiş, xüsusilə geniş dinləyici dairəsinə malik olan Ədliyyə Akademiyasının dövlət başçısı tərəfindən yüksək statusunun müəyyən edildiyini bildirmişdir.

Avropa Şurasının Azərbaycanla əməkdaşlığının perspektivlərindən danışan xanım V.Kotek təmsil etdiyi qurumun ölkəmizlə qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə hazır olduğunu vurğulamış, Ədliyyə Nazirliyi ilə qurulmuş səmərəli və işgüzar əlaqələrdən böyük məmnunluğunu ifadə etmişdir.

Görüşdə əməkdaşlığa dair konkret təkliflər irəli sürülmüş, Ədliyyə Akademiyasının işinin təşkili, tədris prosesinin səmərəliliyinin artırılması, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) ilə qarşılıqlı fəaliyyət və digər aktual məsələlər müzakirə olunmuşdur.

Keçidlər