X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Amnistiya aktı icra olunur

Ümummilli lider Heydər Əliyevin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək dövlətimizin siyasətinin əsas prioritetlərindəndir. Bu amallara sadiq qalan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclis tərəfindən "28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Qərarın qəbul edilməsi Ulu Öndərin əsasını qoyduğu humanizm ənənələrinin davamının əyani təcəssümüdür.

Cəmiyyətimizdə rəğbətlə qarşılanan və minlərlə ailəyə yüksək sevinc hissi bəxş edən amnistiya aktının Ədliyyə Nazirliyi tərəfindən təxirəsalınmadan icrasına başlanılıb.

Davam edən tədbirlər çərçivəsində iyunun 21-də nazirliyin Nəsimi və Sabunçu rayon icra şöbələrində vətəndaş cəmiyyətinin, məhkumların qohumları və yaxınlarının, media nümayəndələrinin iştirakı ilə bu humanist qərarın icrası həyata keçirilib.

Tədbirlərdə amnistiya aktının məhkumlar və bütövlükdə cəmiyyətimiz tərəfindən alqışlandığı, humanizm siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi vurğulanıb, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə elan olunmuş sayca 4-cü amnistiya aktının mahiyyətindən və əhəmiyyətindən bəhs olunub.

Amnistiya aktının Nəsimi və Sabunçu rayonları üzrə azadlıqdan məhrumetmə cəzası ilə əlaqədar olmayan cəzalara, o cümlədən cərimə cəzasına və islah işlərinə məhkum olunmuş 50-dən çox şəxsə bir gündə tətbiq edildiyi vurğulanıb.

Cəzadan azad olunan şəxslər dövlət başçısı cənab İlham Əliyevə və amnistiya aktının təşəbbüskarı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib, bir daha cinayət etməyəcəklərinə və qanunlara hörmət ruhunda davranaraq Vətənə və xalqa sədaqətlə xidmət edəcəklərinə söz veriblər.

Amnistiya aktının icrası davam etdirilir.

Keçidlər