X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Akademiyası Elmi Şurasının iclasında

İyunun 21-də Ədliyyə Akademiyasının ali idarəetmə orqanı olan Elmi Şurasının iclası keçirilib.

İclasda çıxış edən ədliyyə nazirinin müavini, hüquq elmləri doktoru Azər Cəfərov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı çərçivəsində Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi üzrə görülən məqsədyönlü tədbirlərdən danışıb, geniş dinləyici auditoriyasına malik olan Akademiyada qabaqcıl tədris metodikalarının tətbiqini, müxtəlif kateqoriyadan olan 10.300-dək hüquqşünas-dinləyicilərin hazırlanması və ixtisasının artırılmasını, o cümlədən ədliyyə işçiləri, vəkillər və hakimlərin davamlı tədrisə, bu orqanlarda çalışmaq istəyən, habelə prokurorluğa namizədlərin icbari, hakimliyə namizədlərin isə ilkin uzunmüddətli təlimə cəlb olunmasını qeyd edib, hüquqşünasların tədrisi sahəsində mühüm layihələrin həyata keçirilməsini vurğulayıb.

Bildirilib ki, Akademiyaya cəlb olunan dinləyicilərin sayı ilbəil artaraq təkcə ötən il 2300-ə yaxın hüquqşünas, o cümlədən xüsusi notariuslar, məhkəmə aparatı işçiləri, dövlət orqanlarının, həmçinin "ASAN xidmət" mərkəzinin əməkdaşları, habelə bələdiyyə üzvləri və qulluqçuları aktual mövzulara dair bir çox ixtisasartırma kurslarında, treninq-seminarlarda və hüquqi maarifləndirmə tədbirlərində iştirak ediblər.

Eyni zamanda, Akademiyanın elektron resurslarla zəngin Elmi Kitabxanasının ictimaiyyət üçün daim açıqlığı, əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquqi yardım göstərən Hüquq Klinikasının səmərəli fəaliyyəti qeyd olunub.

İclasda Elmi Şuranın işinin səmərəli təşkili və onun qarşısında duran vəzifələrə dair konkret tədbirlər müəyyən edilib.

Sonra gündəlikdə duran məsələlərə, o cümlədən Akademiyanın fəaliyyətini tənzimləyən bir sıra normativ sənədlərin layihələrinə baxılıb, qanunvericilik aktının tətbiqindəki çətinliklərlə bağlı praktiki şərhə dair tədqiqat işi müzakirə olunub.

Keçidlər