X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Koreya Respublikasının ədliyyə naziri ölkəmizə səfər edəcək

Ölkəmiz dünya birliyinə sıx inteqrasiya edərək, xarici dövlətlərlə hərtərəfli, o cümlədən hüquqi sahədə səmərəli əməkdaşlıq həyata keçirir. Koreya və Azərbaycan arasında hüquqi əlaqələrin inkişaf etdirilməsi məqsədilə bu yaxınlarda bu ölkənin ədliyyə naziri Kim Kyunq-Han respublikamıza səfər edəcək.

Bununla əlaqədar, Koreya Respublikasının Azərbaycandakı səfiri Lyu Kvanq-Çul aprelin 30-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ilə görüşmüşdür.

Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə başçılarının 2006-2007-ci illərdə edilmiş qarşılıqlı səfərlərinin əhəmiyyətini və geniş müqavilə-hüquq bazasının mövcudluğunu qeyd edən nazir koreyalı həmkarının Azərbaycana səfərinin iki ölkənin ədliyyə orqanları arasında əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verəcəyini bildirmişdir.

Koreya ilə Azərbaycan arasında əlaqələrin dinamik inkişafını qeyd edən səfir ölkəsinin dövlətlərimiz arasında hüquqi sahədə mövcud münasibətlərin daha da möhkəmləndirilməsində maraqlı olduğunu vurğulamış, Koreya ədliyyə nazirinin səfəri ilə bağlı hər cür şəraitin yaradıldığına görə təşəkkürünü bildirmişdir.

Keçidlər