X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Avropa Parlamentinin nümayəndələri ilə Ədliyyə Nazirliyində görüş

Sentyabrın 9-da ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarnetskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən köklü demokratik dəyişikliklərdən, o cümlədən insan hüquqlarının təmin olunması, hüquq sisteminin inkişafı, mükəmməl qanunvericilik bazasının yaradılması üzrə həyata keçirilən mütərəqqi islahatlardan bəhs olunub.

Həmçinin, Avropa məkanında məhkəmə fəaliyyətində mövcud problemlərə toxunularaq bu sahədə görülən genişmiqyaslı tədbirlər qeyd olunub, Avropa strukturları ilə səmərəli əməkdaşlıqda məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi, hakimlərin Avropada örnək kimi dəyərləndirilən şəffaf seçimi üzrə əldə olunan nailiyyətlər barədə məlumat verilib.

Azərbaycanda dəfələrlə olduğunu bildirən R.Çarnetski hazırkı səfərin ölkəmiz üçün çox vacib olan referendum ərəfəsinə təsadüf etdiyini vurğulayaraq, bu prosesdə Azərbaycan xalqının seçiminə hörmətlə yanaşdığını qeyd edib. Səfərdən məmnunluğunu ifadə edən qonaq Azərbaycanla müxtəlif sahələrdə daha geniş əməkdaşlıq etmək barədə niyyətini bildirib.

Avropa Parlamentinin nümayəndələri həmçinin məhkəmə-hüquq sisteminin inkişafı üzrə görülən tədbirləri maraqla qarşılayıb, qanunvericilik və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Keçidlər