X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Xəbərlər

Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov və həmin baş idarənin informasiya təminatı şöbəsinin rəisi Ağa Kərim Səməd-zadə mart ayının 13-14-də Fransanın Strasburq şəhərində keçirilən Vətəndaşlıq Vəziyyəti üzrə Beynəlxalq Komissiyanın fəaliyyətinin 60 illiyinə həsr edilmiş konfransda və “XXI əsrdə Vətəndaşlıq Vəziyyəti - tənəzzül ya intibah?” mövzusu ətrafında aparılan müzakirələrdə iştirak etmişdir.

Avropanın əksər ölkələrindən vətəndaşlıq vəziyyətinin qeydiyyatı üzrə orqanlarının rəhbərləri qatılan bu tədbirin əhəmiyyəti nəzərə alınaraq açılış mərasimində Strasburq şəhərinin meri cənab Rolan Riyez çıxış edərək dünyanın müxtəlif dövlətlərindən gələn qonaqları salamlamışdır.

Vətəndaşlıq Vəziyyəti Üzrə Beynəlxalq Komissiyanın hazırkı prezidenti, Fransanın Ali Məhkəməsinin üzvü cənab Jan Mazars Komissiyanın fəaliyyət göstərdiyi 60 il ərzində görülən işlər və əldə edilən nailiyyətlər barədə iştirakçılara geniş məlumat vermişdir. Müxtəlif ölkələrdən səfər edən təcrübəli mütəxəssislər tərəfindən “Vətəndaşlıq vəziyyəti - kimlik və eyniləşdirmə”, “Vətəndaşlıq vəziyyəti və əhalinin qeydiyyatı”, “Vətəndaşlıq vəziyyətinin elektron qeydiyyatı”, “Vətəndaşlıq vəziyyəti müxtəlif hüquq sistemlərində”, “Vətəndaşlıq vəziyyəti qeydiyyatının əhəmiyyəti”, “Vətəndaşlıq vəziyyəti qeydiyyatçının statusu” və bir sıra digər maraq doğuran mövzular üzrə məruzələr oxunmuş, fikir mübadiləsi aparılmışdır.

Konfransda nümayəndə heyətinin rəsmi təqdim olunması zamanı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi məhkəmə-hüquq sistemində də həyata keçirilən əsaslı islahatlar və onların nəticələri haqqında məlumat verilmiş, ölkəmiz barədə və Ədliyyə Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat xarakterli materiallar təqdim olunmuş, görkəmli rəssam Ə.Əzimzadənin milli nikah mərasimini əks etdirən müvafiq rəsm əsərinin fotoreproduksiyası Komissiyanın muzeyinə hədiyyə edilmişdir.

Səfər çərçivəsində bir sıra ölkələrin vətəndaşlıq vəziyyətinin qeydiyyatı orqanlarının rəhbərləri və nümayəndələri ilə görüşlər keçirilmiş, əməkdaşlığa dair məsələlər müzakirə olunmuşdur.

Keçidlər