X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycanla Slovakiya arasında hüquqi əməkdaşlıq genişlənir

Azərbaycan və Slovakiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verilərək, Slovakiya Respublikası baş nazirinin müavini, ədliyyə naziri Ştefan Harabin mayın 12-də Azərbaycana səfərə gəlmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Ali Məhkəmənin yeni möhtəşəm və müasir binasının açılış mərasiminə qatılmış slovakiyalı qonaq ümummilli liderimiz Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmiş, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Slovakiya ilə münasibətlərin inkişafını vurğulayan nazir ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan ədliyyə və məhkəmə orqanlarının müasirləşdirilməsi üzrə genişmiqyaslı işlər barədə ətraflı məlumat vermiş, iki ölkə arasında hüquqi əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu bildirmişdir. Həmçinin, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı, 1 milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşadığı diqqətə çatdırılmışdır.

Slovakiyalı yüksək qonağın Azərbaycana ilk tarixi səfərindən məmnunluğunu bildirən qonaq respublikamızda həyata keçirilən hüquqi islahatları böyük maraqla qarşılayaraq bu sahədə əldə edilmiş yüksək nailiyyətləri təqdir etmiş, Ali Məhkəmənin yeni binasının Avropanın ən gözəl məhkəmə binalarından biri və belə bir ədalət sarayının inşasının ölkəmizin məhkəmə hakimiyyətinin müstəqilliyinə verilən böyük əhəmiyyətin əyani təzahürü olduğunu vurğulamışdır. Cənab Ş.Harabin ölkəsində də islahatların getdiyini, bununla əlaqədar təcrübə və fikir mübadiləsinin böyük əhəmiyyətini qeyd etmiş, ölkəmizin ədliyyə nazirini Slovakiya Respublikasına səfərə dəvət etmişdir.

Sonra Azərbaycan Respublikasının və Slovakiya Respublikasının Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Mərasimdə çıxış edən nazirlər dövlətlərimizin hüquqi əməkdaşlığın daha da möhkəmləndirilməsində bu sənədin rolunu qeyd edərək, ədliyyənin mühüm istiqamətləri üzrə qarşılıqlı fəaliyyətin dəstəkləyəcəklərini vurğulamışlar.

Qonaqlar Nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri, habelə səfərlə bağlı hazırlanmış və Azərbaycan-Slovakiya əməkdaşlığını əks etdirən ekspozisiyalarla tanış olmuşlar.

 

Keçidlər