X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

BMT ilə Əhalinin Dövlət Reyestrinin formalaşdırılması üzrə əməkdaşlıq uğurla davam etdirilir

Oktyabrın 16-da Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakı ofisinin nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Qonaqları səmimi salamlayan Qeydiyyat və notariat baş idarəsinin rəisi, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin formalaşdırılması və inkişafı” layihəsinin milli əlaqələndiricisi İlqar Məmmədov BMT ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə layihənin uğurla davam etdirildiyini və əsaslı nailiyyətlərin əldə olunduğunu vurğulamış, bu yaxınlarda İsveçrənin Cenevrə şəhərində keçirilmiş nüfuzlu “İTU Telecom World 2009” beynəlxalq sərgisində Ədliyyə Nazirliyinin fəal iştirakını xatırlatmışdır.

Qeyd olunmuşdur ki, son 3 ay ərzində əlavə olaraq 1 milyon vətəndaşlıq vəziyyəti akt qeydi skanerləşdirilərək elektron formata keçirilmiş, habelə Daxili İşlər və Ədliyyə Nazirlikləri yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin inzibati binaları arasında dayanıqlı optik rabitə kanalı çəkilmiş, iki qurumun apardığı informasiya resurslarının vahid şəbəkədə fəaliyyəti təmin olunmuşdur. Ədliyyə Nazirliyinin informasiya və kommunikasiya texnologiyaları üzrə kadr potensialının gücləndirilməsi məqsədilə aidiyyəti əməkdaşlar yüksək səviyyəli ixtisaslaşmış təlim kurslarına cəlb olunmuşlar.

Ölkəmizlə hərtərəfli əməkdaşlığın uğurla davam etdirildiyini bildirən BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsinin müavini xanım Nura Həmlaci təmsil etdiyi qurumun Ədliyyə Nazirliyi ilə qarşılıqlı münasibətlərinin inkişafından məmnun qaldığını vurğulamış, birgə həyata keçirilən layihəni ölkəmizdə ən uğurlu layihə kimi qiymətləndirmiş və qarşılıqlı fəaliyyətin bundan sonra da səmərəli olacağına əminliyini ifadə etmişdir.

Görüşdə bir sıra məsələlərə dair faydalı fikir mübadiləsi aparılmış, əhalinin dövlət reyestrinin formalaşdırılması üzrə görülmüş işlər barədə müasir üsullarla hazırlanmış 3D formatlı prezentasiya nümayiş etdirilmişdir.

Keçidlər