X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Yeni qanunvericiliyin tətbiqinin təşkili məsələləri müzakirə edilmişdir

Oktyabr ayının 24 və 26-da Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində dövlət notariuslarının iştirakı ilə "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqinin təşkili məsələsinə həsr olunmuş iclas keçirilmişdir.

İclasda qeyd edilən Qanun, onun qəbulu ilə əlaqədar "Notariat haqqında» Qanuna, «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"a və digər qanunvericilik aktlarına edilmiş əlavələr və dəyişikliklər, bu qanunvericilik aktlarının icrası ilə bağlı notariusların üzərinə düşən vəzifələr müzakirə edilmişdir.

Həmçinin notariat hərəkətlərinin aparılması zamanı monitorinqdə iştirak edən digər şəxs kimi notariuslar tərəfindən müştərinin, benefisiarın, səlahiyyətli nümayəndənin eyniləşdirilməsi, verifikasiyası, məlumatın sənədləşdirilməsi, saxlanılması və Qanunda nəzərdə tutulmuş əməliyyatlara dair məlumatların maliyyə monitorinqi orqanına təqdim olunması qaydaları dövlət notariuslarına izah olunmuş, müvafiq tövsiyələr verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər