X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə müvəffəqiyyət qazanmış namizədlərlə görüş keçirilmişdir

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə müvəffəqiyyət qazanmış və hazırda Ədliyyə Akademiyasında icbari təlimə cəlb edilmiş 49 namizəd oktyabr ayının 24-də Qeydiyyat və notariat baş idarəsində və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətində olmuşdur.

Burada namizədlərə həmin qurumların, eləcə də yerli qeydiyyat və notariat orqanlarının fəaliyyəti, bu fəaliyyəti tənzimləyən qanunvericilik barədə məlumat verilmiş, onlara qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı proseduru, qeyri-kommersiya qurumlarının dövlət reyestrinin aparılması, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat hərəkətlərinin aparılması, notariat sənədlərinin və vətəndaşlıq vəziyyəti akt qeydlərinin arxivlərə təhvil verilməsi qaydaları izah edilmişdir.

Eyni zamanda namizədlər Dövlət notariat arxivində və Vətəndaşlıq vəziyyəti aktlarının reyestrində işin təşkili və iş şəraiti ilə də tanış olmuşlar.

Namizədləri maraqlandıran çoxsaylı suallar əməkdaşlar tərəfindən cavablandırılmışdır.

\r\n

Keçidlər