X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyinin bir qrup əməkdaşı 8-11 dekabr 2009-cu il tarixində Estoniyada işgüzar səfərdə olmuşlar

Estoniya Respublikasının Ədliyyə Nazirliyində görüş

Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov, həmin baş idarənin informasiya təminatı şöbəsinin rəisi Ağakərim Səməd-zadə, Əhalinin Dövlət Reyestri Xidmətinin baş məsləhətçisi Abbas Teymurzadə, Oğuz rayon dövlət notariat kontorunun dövlət notariusu Şamil Yusifov və Bərdə rayon

Estoniya Respublikasının
ədliyyə nazirinin müavini
ilə görüş
1 saylı dövlət notariat kontorunun böyük dövlət notariusu Mərdan Həsənzadədən ibarət olan nümayəndə heyətinin notariat sahəsində qabaqcıl xarici təcrübənin öyrənilməsi məqsədilə 8-11 dekabr 2009-cu il tarixində Estoniya Respublikasının Tallin şəhərinə səfəri təşkil olunmuşdur.

Səfər zamanı nümayəndə heyətimiz Estoniya Respublikasının Ədliyyə Nazirliyi, Notariat Palatası, və Ədliyyə Nazirliyin yanında Reyestrlər və informasiya sistemləri Mərkəzində görüşlər keçirmiş, Estoniya notariusları üçün təşkil olunan tədris seminarında iştirak etmiş, mərkəzi notariat arxivinin və Tallin şəhərinin notariat kontorlarının gündəlik fəaliyyəti ilə tanış olmuşlar.

Ədliyyə Nazirliyinin kansleri cənab Marqus Sarapuu ilə görüş zamanı nümayəndə heyətimizə son illərdə Estoniyanın hüquq sistemində baş vermiş dəyişikliklər, yeni notariat institutunun formalaşdırılması, nazirliyin bütün fəaliyyət istiqamətlərində informasiya texnologiyaların tətbiqi barədə məlumatlandırılmışdır.

Görüşdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi məhkəmə-hüquq sistemində də həyata keçirilən əsaslı islahatlar və onların nəticələri barədə məlumat verilmişdir. Həmin islahatlar çərçivəsində notariat fəaliyyətinin təşkili və bu sahədə işin daha da təkmilləşdirilməsi, mövcud qanunvericilik və xüsusi notariat institutunun tətbiqi barədə söhbətlər edilmişdir.

Estoniyanın Notariat Palatasında və Ədliyyə Nazirliyin yanında Reyestrlər və informasiya sistemləri Mərkəzində keçirilən görüşlərdə tərəflər arasında təcrübə mübadiləsi aparılmış, ədliyyə sistemində, xüsusilə də notariat fəaliyyətində müasir informasiya texnologiyaların tətbiqi barədə məruzələr dinlənilmişdir. Mərkəzin mütəxəssisləri tərəfindən nümayəndə heyətimiz üçün xüsusi maraq doğuran "Elektron notariat" sisteminin nümayişi təşkil edilmiş, onun formalaşdırılması və tətbiqi barədə ətraflı məlumat verilmişdir.

Tallin şəhərin notariat kontorlarına səfər zamanı da bu məsələyə xüsusi diqqət ayrılmış, sistemin təcrübədə istifadəsi müşahidə olunmuşdur. Eyni zamanda notariat kontorunun işinin təşkili və idarəolunması barədə Azərbaycan notariuslarının çoxsaylı sualları cavablandırılmışdır.

Tallin şəhərinin notariat kontorlarının birində görüş

Keçidlər