X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyinin bir qrup əməkdaşı 31 may -4 iyun 2010-cu il tarixində Almaniyada işgüzar səfərdə olmuşlar

31 may–4 iyun 2010-cu il tarixində “Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu” və Almaniya Notariuslar Palatası tərəfindən Almaniya Federativ Respublikasına işgüzar səfər təşkil olunmuşdur

Almaniya Notariuslar Palatasında görüş
.

Nümayəndə heyətinin tərkibi Qeydiyyat və notariat baş idarəsi Notariat idarəsinin rəisi Mehman Soltanov, həmin baş idarənin İnformasiya təminatı şöbəsinin məsləhətçisi Zaur Həsənov, Bakı şəhəri 48 saylı dövlət notariat kontorunun dövlət notariusu Səadət Hüseynov, Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun dövlət notariusu Telman Mustafazadə, Gəncə şəhəri 2 saylı dövlət notariat kontorunun dövlət notariusu Nəsib İmanov, notarius vəzifəsinə namizədlər Ceyhun Paşalı və İlqar Məmmədovdan ibarət olmuşdu

Almaniya Federal Ədliyyə
Nazirliyində görüş
r.

Nümayəndə heyətinin üzvləri Almaniya Notariuslar Palatasında həmin Palatanın baş direktoru Dr.Cens Bormann, icraçı direktoru Dr.David Köniq, notarius-assessor (notarius yanında təcrübə keçən) Dr.Tomas Dien, Almaniya Federal Ədliyyə Nazirliyində nazirliyin aparat rəhbəri Dr.Şmitt-Velbrok, Beynəlxalq əlaqələr, hüquqi dövlət məsələləri üzrə dialoq şöbəsinin müdiri xanım Dr.Annette Böringer, Vəkillik və notariat qanunvericiliyi şöbəsinin müdiri Oliver Sabel, Almaniya Notariuslar Birliyində həmin Birliyin icraçı direktoru Dr.Yan Aykelberqlə görüşlər keçirmiş, həmçinin Brandenburq notariat kontorlarının birində və Vünsdorf kadastr idarəsində olmuş, iş prosesini müşahidə etmişlər

Almaniya Notariuslar Birliyində görüş
.

Görüşlərdə Almaniyanın hüquq sistemində notariat institutunun yeri, notariatın təşkili, formaları, həmçinin, notariusun statusu, hüquqları, vəzifələri, notariat fəaliyyəti üzərində nəzarət, informasiya texnologiyalarının tətbiqi, rüsumlar və notariusun maliyyə təminatına dair ətraflı məlumat verilmişdir.

Səfər iştirakçıları Brandenburq notariat kontorunda olarkən vətəndaşların qəbulu prosedurunu, notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tətbiqini, notariat sənədlərinin tərtibatını, kargüzarlığın təşkilini, notariat hərəkətlərinin statistik təhlilini, arxiv sənədlərinin saxlanılması təcrübəsini öyrənmiş, Vünsdorf kadastr idarəsində olarkən informasiya texnologiyalarından istifadə, daşınmaz əmlakın reyestrinin aparılması, o cümlədən notariusların və digər şəxslərin həmin reyestrdən elektron məlumat əldə etməsi qaydaları ilə yaxından tanış olmuşla

Brandenburq notariat kontorlarının
birində iş prosesi ilə tanışlıq
r.

Görüş iştirakçılarına Azərbaycanda ədliyyə sahəsində aparılan islahatlar, bu sahənin hərtərəfli inkişafı, notariat sisteminin təkmilləşdirilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər və peşəkarcasına notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə keçirilən imtahanlar barədə ətraflı məlumat verilmişdir.

Almaniya nümayəndələri Azərbaycanda aparılan islahatları müsbət qarşıladıqlarını bildirmişlər.

Əməkdaşlığı genişləndirmək və təcrübə mübadiləsini həyata keçirmək üçün “Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu”nun təşkilatçılığı ilə 2010-cu ilin ikinci yarısında Almaniya nümayəndə heyətinin də Azərbaycan Respublikasına səfəri gözlənilir.

Keçidlər