X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunda təlimlər keçirilmişdir

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel və 2011-ci il 15 fevral tarixli fərmanlarına əsasən Ədliyyə Nazirliyi tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formalaşdırılması üzrə işlər davam etdirilməkdədir.

Bu çərçivədə Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilən yoxlamaların qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etmək məqsədilə iyunun 16-17-də Fondun inzibati binasında onun şəhər və rayon şöbələrinin rəhbərləri və yoxlama (nəzarət) funksiyalarını həyata keçirən əməkdaşları üçün metodiki seminarlar təşkil olunmuşdur.

Tədbir zamanı Ədliyyə Nazirliyinin mütəxəssisləri tərəfindən ölkə başçısının Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”dən irəli gələn hüquq və vəzifələr barədə ətraflı məlumat verilmiş, yoxlayıcı orqanlar və sahibkarlıq fəaliyyəti subyektlərinin istifadəsi üçün www.yoxlama.gov.az internet ünvanında yerləşdirilmiş qeydiyyat informasiya sistemindən istifadə qaydaları izah olunmuş, seminar iştirakçılarının çoxsaylı sualları cavablandırılmışdır.

Sonda Fondun aidiyyəti əməkdaşlarına qeydiyyat informasiya sistemi ilə işləmək üçün müvafiq istifadəçi adları və şifrələr paylanmışdır.

Keçidlər