X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Sumqayıt şəhərində Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri ilə əlaqədar müşavirə keçirilmişdir

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel və 2011-ci il 15 fevral tarixli fərmanlarına əsasən Ədliyyə Nazirliyi tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formalaşdırılması üzrə işlər davam etdirilməkdədir.

Respublikanın regionlarında işləyən sahibkarlıq subyektlərinin reyestrin fəaliyyəti ilə tanış etmək məqsədilə cari ilin iyun ayının 28-də Sumqayıt şəhərində geniş müşavirə keçirilmişdir.

Ədliyyə Nazirliyinin, Sumqayıt regional ədliyyə şöbəsinin, Sumqayıt şəhər icra hakimiyyətinin və Sumqayıt şəhər Sahibkarlar Asossiyasiyasının birgə keçirilən bu tədbirdə 30 yoxlayıcı orqanın nümayəndəsi və 120-yə qədər sahibkar iştirak etmişdir.

Tədbir zamanı Ədliyyə Nazirliyinin mütəxəssisləri tərəfindən ölkə başçısının Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”dən irəli gələn hüquq və vəzifələr barədə ətraflı məlumat verilmiş, yoxlayıcı orqanlar və sahibkarlıq fəaliyyəti subyektlərinin istifadəsi üçün www.yoxlama.gov.az internet ünvanında yerləşdirilmiş qeydiyyat informasiya sistemindən istifadə qaydaları izah olunmuşdur.

Yoxlamaların mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri ilə bağlı real vəziyyəti göstərə biləcək bu reyestrin yaradılması barədə məlumatı böyük maraqla dinləyən iştirakçıların çoxsaylı sualları cavablandırılmış, təklifləri dinlənilmişdir.

Keçidlər