X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

"Notariuslar şərqdə və qərbdə: Şərqi Avropa və Almaniyada notariatla bağlı aktual məsələlər" mövzusunda Tbilisi şəhərində beynəlxalq konfrans keçirilmişdir

Notariuslardan ibarət nümayəndə heyəti Hicran Hacıyeva, Kəmalə Hüseynzadə, Elşad Əliyev, Əli Hüseynov və İlqar Məmmədov Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən Gürcüstanın Ədliyyə Nazirliyi və Notariat Palatası ilə birlikdə "Notariuslar şərqdə və qərbdə: Şərqi Avropa və Almaniyada notariatla bağlı aktual məsələlər" mövzusunda cari ilin 16-17 noyabr tarixində Tbilisi şəhərində keçirilmiş beynəlxalq konfransda iştirak etmişlər.

Konfrans Ukrayna, Latviya, Litva, Ermənistan və Almaniyadan olan notariusların və notariat palatalarının nümayəndələrinin iştirakı ilə keçirilmişdir.

Alman notariusları ittifaqının idarə heyətinin üzvü, Hamburq notariusu D.Hayns "Notariuslar müstəqil ədalət mühakiməsinin müasir orqanı kimi- funksiyalar və özünü qiymətləndirmə" mövzusu üzrə çıxış edərək mülki dövriyyənin təmin edilməsində, mülki-hüquq münasibətləri iştirakçılarının hüquqlarının həyata keçirilməsi və üzləşə biləcəkləri zərərin qarşısının alınmasında notariatın mühüm rol oynadıgını qeyd etmişdir.

Gürcüstan notariat palatasının sədri, Tbilisi notariusu B.Şenqeliya "Gürcüstanın timsalında notariatda islahatlar" mövzusu üzrə məruzə edərək Gürcüstanda 223 xüsusi notariusun fəaliyyət göstərdiyini, dövlət orqanları vasitəsilə notariat fəaliyyətinin tamamilə ləğv olunduğunu, vahid elektron reyestrinin yaradıldığını, elektron notariat  xidmətinin tətbiq edildiyini və Gürcüstan notariat palatasında 60-a yaxın əməkdaşın çalışdığını bildirmişdir.  

Bundan sonra iştirakçıların bölündüyü 2 işçi qrupunda "Notariat aktlarının milli və beynəlxalq hüquq münasibətlərində icrası: imkanlar və hüdudlar", "Özünüidarə və özünütəşkiletmə: palatalar, ittifaqlar və müasir notariatın digər təşkilati formaları", "Barışdırma: mediasiyanın doğurduğu şanslar və risklər, bununla bağlı notariatda tətbiq edilən üsullar" və "Notariatda hazırlıq və təkmilləşdirmə" mövzuları üzrə məruzələr dinlənilmiş və diskussiyalar aparılmışdır.  

Xüsusi notarius Əli Hüseynov "Notariatda hazırlıq və təkmilləşdirmə" mövzusunda çıxış edərək Azərbaycan Respublikasında notariat sahəsində aparılan islahatlar, notarius vəzifəsinə namizədlərə dair tələblər və onlarla keçirilən imtahan və müsahibə qaydaları haqqında məlumat vermişdir.

Hamburq İnzibati Məhkəməsinin sədri hakim F.Memel "Barışdırma: mediasiyanın doğurduğu şanslar və risklər, bununla bağlı notariatda tətbiq edilən üsullar" mövzusunda çıxış edərək notariatda yenilik olan mediasiya haqqında ətraflı məlumat vermiş, mülki mübahisə edən tərəflərin danışıqlar yolu ilə barışdırılmasında notariusun aktiv iştirak etdiyini, barışıq əldə edildikdə bu faktın tərəflərin imzaladığı və gələcəkdə onlar üçün məcburi qüvvəyə malik olacaq aktla təsdiq edildiyini, mediasiya vasitəsilə mübahisələrin daha tez və asan yolla həll edildiyini, mübahisə edən tərəflərin vaxtlarına və xərclərinə qənaət olunduğunu bildirmişdir.

Proqram çərçivəsində nümayəndə heyətinə Tbilisi şəhərinin görkəmli yerləri ilə tanışlıq və mədəni-kütləvi tədbirlər təşkil edilmişdir.

Keçidlər