X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan notariat orqanlarının nümayəndələri Berlində seminarda iştirak etmişlər

Qeydiyyat və notariat baş idarəsinin əməkdaşı və  notariuslardan ibarət nümayəndə heyəti cari ilin mart ayının 14-15-də Avropa Komissiyası və Almaniya Notariuslar Assosiasiyası tərəfindən təşkil edilmiş "Sərhədlərdən kənarda: notariusların hüquq sistemlərinə dəstək baxımından rolu" mövzusuna həsr olunmuş Almaniyanın Berlin şəhərində keçirilən seminarda iştirak etmişlər.

Avropa Komissiyasının nümayəndəsi
K.Kirşbaum Azərbaycan nümayəndə heyəti ilə

Seminarın proqramına uyğun olaraq, 25 ölkənin nümayəndələri demokratik qanunvericilik sistemində mülki qanunvericilik üzrə fəaliyyət göstərən notariusların statusu haqqında təfərrüatlı çıxış edərək, bu məsələlərdə dövlətlərarası əlaqələrə və notarial özünüidarəetmə aspektlərinə nəzər yetirmiş, çirkli pulların yuyulması və cinayətkarlığın qarşısının alınmasında notariusların rolu barədə məlumat vermişlər.

 

Azərbaycan notariat sistemi, onun tarixi, notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə alınmasının proseduru, notariusların digər orqanlarla qarşılıqlı fəaliyyəti, son dövrlərdə notariat sistemində informasiya texnologiyalarının tətbiqi ilə bağlı aparılan islahatlar, qanunvericiliyə dəyişikliklər, ölkədə xüsusi notariat fəaliyyətinin tətbiq edilməsi barədə geniş məlumat verilmişdir.

Tədbirdə həmçinin daşınmaz əmlakın alqı-satqısı və torpaq müqavilələrinin rəsmiləşdirilməsində, məhdud məsuliyyətli cəmiyyətlərin təsis olunması və qeydiyyata alınmasında notariusların rolu və fəaliyyət istiqamətləri müzakirə olunmuşdur.

Seminarda iştirak edən digər ölkələrin, o cümlədən Türkiyə, Rusiya, Almaniya, Gürcüstan nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi və mövzu ətrafında müzakirələr aparılmış, təcrübə mübadiləsi edilmişdir.

Keçidlər