X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyinin məlumatı

Ədliyyə orqanlarına işə qəbul üzrə Müsabiqə Komissiyası bildirir ki, müsabiqədə iştirak edən namizədlərlə test imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə may ayının 23-də saat 10.00-da Bakı Dövlət Universitetinin yeni tədris binasında, Bakı şəhəri, Z.Xəlilov küçəsi 23 ünvanında keçiriləcəkdir.

Prosedur qaydalarının təmin olunması üçün namizədlər imtahanın başlanmasına azı bir saat qalmış gəlməlidirlər.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni may ayının 21-dən etibarən şəxsiyyət vəsiqəsini təqdim etməklə səhər saat 09-dan axşam saat 18-dək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) götürməlidirlər.

İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri təqdim edilmədikdə namizəd imtahana buraxılmayacaq.

Əlavə məlumatları, o cümlədən imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ hüquqi aktlara və sair sənədlərə dair məlumatı 430-01-18, 430-11-05 nömrəli telefonlarla əldə etmək olar.


Keçidlər