X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

"Notariat sahəsində mövcud vəziyyət və aparılan islahatlar. Elektron xidmətlər" mövzusunda ictimai müzakirələr keçirilmişdir

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi və "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə ictimai birliyi tərəfindən 17 may 2013-cü il tarixdə "Notariat sahəsində mövcud vəziyyət və aparılan islahatlar. Elektron xidmətlər" mövzusunda ictimai müzakirələr keçirilmişdir.

Tədbirdə Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin rəhbərliyi və əməkdaşları, İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin məsləhətçisi, notariuslar, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşı, qeyri-hökumət təşkilatları və media nümayəndələri  iştirak etmişlər.

Notariat idarəsinin aparıcı məsləhətçisi Vidadi Mayıl "Azərbaycanda notariat institutunun inkişaf mərhələləri" mövzusu üzrə geniş məruzə ilə çıxış etmişdir. İctimai birliklər notariat xidmətinin inkişafına dair tövsiyyələrini vermişlər.

Mövzu üzrə iştirakçılar tərəfindən fikir mübadiləsi aparılmış, son illər ərzində notariat sahəsində şəffaflığın təmin edilməsi, elektron xidmətlər, o cümlədən xüsusi qaydada notariat fəaliyyətinin inkişafı üzrə görülmüş tədbirlər yüksək qiymətləndirilmişdir.

Tədbirin sonunda "Şəffaflıq Azərbaycan" ictimai birliyinin icraçı direktoru R.Səfərəliyeva ictimai müzakirələrin yüksək səviyyədə təşkili və vətəndaş cəmiyyətləri ilə əməkdaşlığa görə Ədliyyə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Keçidlər