X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Almaniya Federativ Respublikasında notariat fəaliyyəti sahəsində təcrübə mübadiləsi məqsədilə tədbir keçirilmişdir

2009-cu il iyunun 11-də Berlin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal Ədliyyə Nazirliyi arasında hüquqi əməkdaşlığa dair Birgə Bəyanat"la iki ölkə arasında ədliyyə sahəsində təcrübə mübadiləsinə dair razılıq əldə edilmişdir.

Bununla əlaqədar notariat fəaliyyəti sahəsində təcrübə mübadiləsi məqsədilə Beynəlxalq Hüquq Əməkdaşlığı üzrə Alman Fondunun təşkilatçılığı ilə cari ilin 27-31 may tarixində Berlin şəhərində tədbir keçirilmişdir.

Berlin şəhərinin notariusları ilə görüş

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin əməkdaşı məsləhətçi Vidadi Mayıl, notariuslar Günay Məsimova, Aytəkin Qasımova, Hüseyn Məmmədov və Tural Bayramov tədbirdə iştirak etmişlər.

Nümayəndə heyətimiz  Berlin və Brandenburq şəhərlərində fəaliyyət göstərən xüsusi notariusların, Almaniya Federal Notariuslar Birliyi və Almaniya Federal Notariat Palatasının işi ilə yaxından tanış olmuşlar.

Görüşlər zamanı Qeydiyyat və notariat baş idarəsinin əməkdaşı Vidadi Mayılın Azərbaycan Respublikasında notariat sahəsində aparılan islahatlar, xüsusi qaydada notariat fəaliyyətinin tətbiqi, "ASAN xidmət" mərkəzlərində notariat xidmətinin təşkili və elektron xidmətlər barədə verdiyi məlumatlar maraqla qarşılanmış, bu sahədə görülmüş işlər yüksək qiymətləndirilmişdir.

Brandenburq Notariat Palatasında görüş

Keçidlər