X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində görüş

Ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikası Hökumətinin yüksək vəzifəli şəxslərindən ibarət olan nümayəndə heyəti iyunun 13-də Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində olmuşdur.

Səfər Azərbaycanda son illər ərzində xüsusi ilə də informasiya və kommunikasiya sahəsində əldə edilmiş qabaqcıl təcrübəni nümayiş etdirməklə Əfqanıstanda sabitliyin və iqtisadi inkişafın artırılmasına dəstək göstərilməsi məqsədi ilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil edilmişdir.

Görüş zamanı Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurla həyata keçirilən ədliyyə və məhkəmə islahatları, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəfaf seçimi və tədrisi, həmçinin bu sahədə informasiya və kommunikasiya texnologiyalarının tədbiqi, elektron ədliyyənin, o cümlədən elektron xidmətlərin və dövlət reyestrlərinin inkişafı sahəsində qazanılmış nailiyyətlər barədə məlumat vermişdir.

Dünya Bankı və Birləşmiş Millətlər Təşkilatı ilə birgə həyata keçirilən layihələr çərçivəsində görülmüş ardıcıl işləri əks etdirən əyani təqdimatlar qonaqlarda xüsusi maraq doğurmuş, onların çoxsaylı suallarına aydınlıq gətirilmişdir.

Nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin güşəsində foto stendlərlə tanış olmuşdur.

Keçidlər