X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Bankok şəhərində Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) regional hazırlıq iclası keçirilmişdir

Səadət Sarayının (Bakı nikah evinin) müdir müavini vəzifəsini icra edən Aynur Sabitova 28-29 avqust tarixlərində Tailand Krallığının Bankok şəhərində Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) regional hazırlıq iclasında iştirak etmişdir.

2024-cü ilə qədər regionda vahid tələblərə cavab verən vətəndaşlıq vəziyyətinin qeydiyyatı və əhalinin statistik uçotu sistemlərinin yaradılması məqsədilə noyabr ayında keçiriləcək Nazirlər Konfransına hazırlıq tədbirləri çərçivəsində təşkil olunmuş iclasda regionun 30-dan çox ölkəsindən vətəndaşlıq vəziyyətinin qeydiyyatı orqanlarının və "UNİCEF", "UNESCO", "UNHCR", "UNFPA", "Ümumdünya Səhiyyə Təşkilatı", "Plan İnternational", "Asiya İnkişaf Bankı", "Beynəlxalq Miqrasiya Təşkilatı" kimi nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri də iştirak etmişlər.

İclas zamanı əhalinin siyahıya alınması və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı işini gücləndirməkdə region ölkələrinə dəstək olmaq məqsədilə Nazirlər Konfransında qəbul edilməsi planlaşdırılan bəyannamənin və Regional Fəaliyət üzrə Çərçivə sənədinin layihələri, habelə bu sahədə mövcud olan əsas problemlər müzakirə edilmişdir.

Tədbirdə həmçinin bütün ölkə ərazisində coğrafi, etnik, mədəni və gender kimi amillər nəzərə alınmadan vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyata alınması və onların vahid uçotunun aparılması zamanı vətəndaşların müvafiq hüquqmüəyyənedici sənədlərlə təmin olunması prosedurlarının işlənməsi və həyata keçirilməsi yolları, mövcud olan müasir tendensiyalar və qabaqcıl təcrübələr geniş müzakirə olunmuş, fikir mübadiləsi aparılmış, bu məsələyə dair müxtəlif yanaşmalar və həll yolları təqdim edilmişdir.

Vətəndaşlıq vəziyyətinin qeydiyyatı və əhali statistikası sahəsində regionda mövcud olan əsas problemlər, mümkün həll vasitələri və fəaliyyət istiqamətləri mövzusunda keçirilən plenar diskussiyalarda tərəfimdən iştirak edilmiş, bu sahədə ölkəmizdə mövcud vəziyyət və əldə olunmuş nailiyyətlər barədə təqdimat keçirilmişdir. Təqdimat zamanı ölkəmizdə vətəndaşlıq vəziyyətinin qeydiyyatı və əhali statistikası  üzrə qanunvericiliyin tələbləri,  bu sahədə təcrübə barədə məlumat verilmiş, iclas iştirakçılarının çoxsaylı sualları cavablandırılmışdır.

UNESCAP rəsmiləri və bir çox nümayəndələr tərəfindən ölkəmizdə vətəndaşlıq vəziyyətinin qeydiyyatı işinin mükəmməl qaydada aparıldığı, Azərbaycanda bu sahədə fəaliyyət göstərən qabaqcıl sistemin mövcudluğu və təcrübəmizdən digər ölkələrin faydalanmasının vacibliyi vurğulanmışdır.  

Bundan başqa səfər çərçivəsində bir sıra ölkələrin aidiyyatı qurumlarının rəhbərləri və nümayəndələri ilə görüşlər keçirilmiş, Azərbaycan Respublikasında vətəndaşlıq vəziyyətinin qeydiyyatı və əhalinin  statistikası sahəsi üzrə faydalı məsləhətləşmələr aparılmışdır.

Keçidlər