X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Qeydiyyat və notariat baş idarəsində Türkiyəli notariuslarla görüş keçirilmişdir

Ölkəmizə səfər edən Türkiyə Respublikasının notariuslarından ibarət olan nümayəndə heyəti sentyabrın 6-da Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində olmuşdur.

Qonaqları məmnunluqla qarşılayan Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov son illər notariat orqanlarının müasirləşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, notarius korpusunun şəffaf prosedurlar əsasında formalaşdırılması və islahatlar nəticəsində xüsusi notariat institutunun tətbiqi barədə ətraflı məlumat vermişdir.

Görüşdə həmçinin notariat sistemində müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı aparılan islahatlar, o cümlədən "Elektron notariat" informasiya sisteminin imkanları, Əmlak Məsələləri Dövlət Komitəsi və Daxili İşlər Nazirliyinin müvafiq məlumat bazaları ilə notariuslar arasında məlumat mübadiləsi, notariat sahəsində göstərilən elektron xidmətlər, eləcə də dövlət rüsumu və xidmət haqlarına dair ödəniş rejimində fəaliyyət göstərən universal elektron xidmət köşklərinin tətbiqinə dair məlumatlar qonaqlar tərəfindən maraqla qarşılanmış, bu sahədə görülmüş işlər yüksək qiymətləndirilmişdir.

Qonaqlar həmçinin Baş idarədə dövlət notariat arxivi üçün yaradılmış şəraitlə və informasiya resursları mərkəzi ilə tanış olaraq yüksək təəssüratlarını bildirmiş, əldə olunmuş nailiyyətləri təqdir etmişlər.

Görüşdə qardaş dövlətlərimiz arasında hərtərəfli, xüsusilə hüquqi sahədə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunmuş, bu əlaqələrin bundan sonra daha da dərinləşdirilməsi və təcrübə mübadiləsinin aparılması məqsədilə qarşılıqlı səfərlərin təşkilinin mühüm əhəmiyyət daşıdığı bildirilmişdir.

Keçidlər