X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyi mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»na müvafiq olaraq ölkəmizdə əhaliyə, xüsusilə onun aztəminatlı təbəqəsinə pulsuz hüquqi yardımın göstərilməsi və onların maarifləndirilməsi məqsədilə müxtəlif bölgələrimizdə 20 regional hüquqi məsləhət xidmətləri mərkəzləri fəaliyyətə başlayır.

Sumqayıt, Gəncə və Şirvan şəhərlərində, Goranboy, Ağstafa, Gədəbəy, Yevlax, Beyləqan, Şəki, Göyçay, Qəbələ, Qusar, Siyəzən, Şamaxı, İmişli, Salyan, Lerik, Masallı rayonlarında və Naxçıvan Muxtar Respublikasında yerləşən bu regional mərkəzlərdə işləmək üçün yerli hüquqşünaslar arasında seçim aparılır. Bununla əlaqədar həmin mərkəzlərdə işləmək istəyən yüksək nəzəri, peşə hazırlığına və müvafiq təcrübəyə malik olan ali təhsilli hüquqşünaslar işə dəvət olunurlar.

Arzu edənlər bütün məlumatlarla Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 1.

Əlaqə telefonları: 430-11-05, 430-01-18.

Keçidlər