X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

"Kulturologiya, əmək mədəniyyəti və milli inkişaf" mövzusunda icmal mühazirə

Azərbaycan Respublikası Prezidentinin 28.06.2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı(2011-2015-ci illər)"nın icrası ilə bağlı ədliyyə orqanları işçilərinin peşəkarlığının yüksəldilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru, kulturoloq Fuad Məmmədov 09 fevral 2015-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində "Kulturologiya, əmək mədəniyyəti və milli inkişaf" mövzusunda icmal mühazirə oxumuşdur.

Tədbirdə baş idarənin kollektivi, Bakı və Sumqayıt şəhər qeydiyyat şöbələrinin əməkdaşları və notariuslar iştirak etmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insan hüquqlarının təmin olunması sahəsində dövlət qurumlarına verdiyi tapşırıqları, o cümlədən ölkəmizin uğurlu inkişafı üçün mühüm əhəmiyyət kəsb edən vətəndaş-məmur münasibətlərinin qurulması üzrə siyasi mədəniyyət normalarını qeyd edən F.Məmmədov kulturologiya elminin aspektləri, ümumbəşəri və milli mədəniyyətin səciyyəvi xüsusiyyətləri, insanların maddi və mənəvi həyatı, demokratik idarəetmə və əməyin təşkilində mədəniyyətin əhəmiyyəti barədə ətraflı çıxış etmiş, sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab vermişdir.

Keçidlər