X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Yoxlamaların hüquqi tənzimlənməsi sahəsində maarifləndirmə işi davam etdirilir.

Mayın 14-də Lənkəran şəhərində İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi" mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə İqtisadiyyat və Sənaye, Vergilər, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin,  Dövlət Sosial Müdafiə Fondunun, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, eləcə də Lənkəran və ətraf rayonların sahibkarları iştirak etmişdir.

Nazirliyin Dövlət reyestrləri idarəsinin əməkdaşı Anar Quliyev çıxışında sahibkarların hüquqlarının müdafiəsi sahəsində mövcud qanunvericilik bazası, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun əhəmiyyəti, yoxlamaların təşkili və aparılmasının yeni qaydaları, yoxlamaların elektron uçotu, yoxlayıcı orqanların vəzifələri barədə məlumat vermiş, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"nin fəaliyyəti ilə bağlı təqdimat keçirmişdir.

Tədbir zamanı həmçinin İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələrinin ölkəmizdə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası və sahibkarlığa göstərilən dövlət dəstəyi barədə məruzələri dinlənilmişdir.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini İlkin Rəhimov rayonda yaradılan yeni infrastruktur obyektləri, istehsal və xidmət müəssisələri barədə məlumat vermiş, özəl bölmənin inkişafına göstərilən dövlət dəstəyini xüsusi vurğulamışdır.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmış, yoxlayıcı orqanların siyahısı, risk qrupları və bu kimi xüsusi maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılmışdır.

Keçidlər