X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Qeydiyyat və notariat baş idarəsinin rəhbərliyi tərəfindən Xaçmaz regional ədliyyə şöbəsində vətəndaşların video-qəbulu keçirilmişdir

Əhaliyə yüksək keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi, vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, onların məmnunluğunun təmin edilməsi Ədliyyə Nazirliyinin diqqət mərkəzində saxlanılır.

Son illər bu sahədə müasir texnologiyalar tətbiq edilməklə bir sıra işlər görülmüş, o cümlədən dövlət orqanlarının informasiya sistemləri arasında məlumat mübadiləsinin aparılması təmin olunmuş, elektron xidmətlər təşkil edilmiş, "Qaynar Xətt" əlaqə mərkəzi yaradılmış, qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsi üçün "Fərdi elektron pəncərə" elektron məlumat sistemi formalaşdırılmışdır.

Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fikrət Məmmədov tərəfindən mütəmmadi olaraq bölgələrdə keçirilən vətəndaşların birbaşa qəbulu ilə yanaşı, nazirlikdə və yerli qurumlarda quraşdırılmış xüsusi avadanlıqlar vasitəsilə onların video-qəbulu da təşkil edilmişdir. Video-qəbul respublikanın istənilən ərazisində, o cümlədən uzaq bölgələrində yaşayan əhaliyə sakinləri olduqları şəhər və rayonları tərk etmədən nazirliyə canlı müraciət edərək sualların yerində cavablandırılması üçün yeni imkanlar yaradır.

Növbəti dəfə video-qəbul Qeydiyyat və notariat baş idarəsi tərəfindən Xaçmaz regional ədliyyə şöbəsinin ərazi yurisdiksiyasına  daxil olan rayonların sakinləri üçün təşkil olunmuşdur.

Video-qəbul zamanı vərəsəlik hüquq münasibətlərinin qanunvericiliyə uyğun tənzilmlənməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, habelə məhkəmə qətnamələrinin icrası ilə əlaqədar yaranan problemlərin həllinə dair müraciətlər baş idarənin rəisi İlqar Məmmədova ünvanlanmışdır.

Verilmiş suallarla bağlı qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilmiş, habelə zəruri olan tədbirlərin görülməsi üçün video-qəbulda iştirak edən aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Keçidlər