X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə test imtahanı noyabr ayının 28-də keçiriləcək

Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, Şirvan şəhərində, Ağsu, Qobustan, Şəmkir, Yardımlı və Zərdab rayonlarında notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq istəyən şəxslərin sənədlərinin toplanması və yoxlanılması prosesi başa çatıb.

"Notariat haqqında" Qanunun tələblərinə cavab verən namizədlərlə test imtahanı Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə aşkarlıq şəraitində kompüterdən istifadə olunmaqla noyabr ayının 28-də saat 11.00-da Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında və Bakı Avrasiya Universitetinin inzibati binasında (Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi 135 və 135A ünvanlarında) keçiriləcəkdir.

Namizədlər test imtahanı barədə bildirişi 25-27 noyabr tarixlərində saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə nazirliyin Qeydiyyat və notariat baş idarəsindən (Bakı şəhəri, Azadlıq prospekti, 72) götürməlidirlər.

Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahanın başlanmasına 1 saat qalmış gəlməli, şəxsiyyət vəsiqəsini və müvafiq bildirişi mütləq təqdim etməlidirlər.

İmtahanın keçiriləcəyi yer üzrə naviqasiya məlumatları, test imtahanında kompüterdən istifadəyə dair Təlimat və digər zəruri informasiya Ədliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib, eyni zamanda nazirliyə müraciət edənlər bu məlumatları ala bilərlər.

Xatırladırıq ki, "Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası"na uyğun olaraq test imtahanının yekunlarına görə 55 və daha çox bal toplamış şəxslər ikinci mərhələyə - müsahibəyə buraxılırlar.

Əlavə məlumatları nazirliyin internet səhifəsindən, habelə 404-42-19, 404-42-28 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.

- Test imtahanı üzrə kompüterdən istifadəyə dair Təlimat

- Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə test imtahanının keçiriləcəyi ünvan barədə naviqasiya məlumatı (Azərbaycan Dövlət İqtisad Universiteti üzrə)

- Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə test imtahanının keçiriləcəyi ünvan barədə naviqasiya məlumatı (Bakı Avrasiya Universiteti üzrə)

Keçidlər