X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi tərəfindən vətəndaşlarla ünsiyyətin üsul və metodlarına dair təlimlər təşkil edilmişdir

"Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın ədliyyə orqanlarında icrası üzrə dövlət başçısının tapşırıqlarına əsasən məmurlar tərəfindən insanlara layiqli xidmət göstərilməsi, onların qayğılarına həssaslıqla yanaşılması, kobud rəftar və korrupsiya hallarına yol verilməməsi məqsədi ilə 30.11.2015-ci il - 19.12.2015-ci il tarixlərdə Gəncə, Şəki, Göyçay, Şəmkir, Şirvan, Lənkəran  və Sumqayıt regional ədliyyə şöbələrinin inzibati binasında dövlət və xüsusi notariuslar, habelə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin rəhbərləri üçün yaxşı ünsiyyətin üsul və metodlarına dair mütəxəssislərin iştirakı ilə təlimlər keçirilmişdir.

Təlimlərdə vətəndaşlara xidmət göstərən əməkdaşların ünsiyyət vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə ünsiyyət komponentləri, formaları, razı salma texnikaları ilə bağlı bilik və bacarıqların mənimsədilməsinə həsr olunmuş mühazirələr oxunmuş, təlim iştirakçıları tərəfindən qaldırılmış suallara ətraflı müzakirə edilmiş, bu mövzu ilə bağlı elektron təqdimat, video-çarxlar göstərilmiş, qrup işi metodundan istifadə edilmişdir.

Keçidlər