X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

“Erkən nikahların qarşısının alınması üzrə yeniyetmələrin maarifləndirilməsi” mövzusunda təbdir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 14.03.2016-cı il tarixdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi kollecində "Erkən nikahların qarşısının alınması üzrə yeniyetmələrin  maarifləndirilməsi" mövzusunda təbdir keçirilmişdir.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Nəsimi rayon Gənclər və İdman idarəsinin, hüquq mühafizə orqanlarının və qeydiyyat şöbəsinin əməkdaşları çıxış etmişlər.

Kollecin direktoru əməkdar incəsənət xadimi, professor Nazim Kazımov təbdir iştirakçılarını salamlayaraq bu mövzunun aktuallığını bir daha vurğulamışdır. Tədbir iştirakçıları erkən nikahların qarşısının alınması üzrə müdafiə mexanizminin gücləndirilməsi, səbəblərinin araşdırılması, zorakılıq qurbanlarının müdafiəsi mövzusunda çıxışlar etmişlər.

Daha sonra Ədliyyə Nazirliyinin əməkdaşları tələbələrin nikaha daxil olmaqla bağlı  suallarını cavablandırmışlar. Tədbir kollecin Beynəlxalq və Respublika musabiqə laureatları olan tələbələrinin musiqi proqramı ilə yekunlaşmışdır.

Keçidlər