X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Qeydiyyat və notariat baş idarəsinin rəhbərliyi tərəfindən Gəncə regional ədliyyə şöbəsində vətəndaşların video-qəbulu keçirilmişdir

Azərbaycan Respublikası Prezidentinin vətəndaşlara diqqətli munasibət, layiqli xidmət göstərilməsi və süründürməçiliyin aradan qaldırılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə virtual qəbul təcrübəsindən istifadə edilərək mütəmmadi olaraq regionlarda yaşayan vətəndaşların qəbulu həyata keçirilir.

04 noyabr 2016-cı il tarixdə Qeydiyyat və notariat baş idarəsi tərəfindən Gəncə regional ədliyyə şöbəsinin ərazi yurisdiksiyasına  daxil olan rayonların sakinləri üçün video-qəbul təşkil olunmuşdur.

Video-qəbulda notariat və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının fəaliyyəti, o cümlədən etibarnamə əsasında çıxış edən nümayəndə tərəfindən əqdlərin bağlanmasının və birinci növbədə vərəsələrin mirasdan pay almalarının qanunvericiliyə uyğun tənzimlənməsi, həmçinin xarici ölkə vətəndaşı olan anasının doğumu haqqında akt qeydinə düzəliş olunması ilə əlaqədar müraciətlər baş idarənin rəis müavini Mehman Soltanova və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimovaya ünvanlanmışdır.

Qeyd olunan məsələlərə dair qanunvericiliyin tələbləri təfərrüatlı izah olunmuş, habelə zəruri olan tədbirlərin görülməsi üçün qəbulda iştirak edən yerli qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Keçidlər