X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə paytaxtın Yasamal və Nəsimi rayonlarında tədbirlər keçirilib

22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə noyabrın 21-də Yasamal rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbirdə Ədliyyə Nazirliyinin işçiləri ilə yanaşı, Milli Məclisin deputatı, Yasamal rayon icra hakimiyyətinin rəhbərliyi, rayon məhkəməsinin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri və gənclər iştirak ediblər.

Yığıncaqda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən məhkəmə-hüquq və ədliyyə islahatları, o cümlədən ədliyyə orqanlarının inkişafı üzrə görülən tədbirlər, bu sahədə əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verilib, Azərbaycan ədliyyəsinin çoxşaxəli fəaliyyətindən söz açılaraq gənclərə hüquqşünaslıq peşəsinin əhəmiyyətindən və nüfuzundan danışılıb, Ədliyyə Nazirliyinin müasir fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbir zamanı iştirakçılar canlı video-bağlantı vasitəsilə Heydər Əliyev Mərkəzində nikahın və doğumun təntənəli qeydiyyatı mərasiminə qoşularaq yeni ailə həyatı quran şəxsləri, eləcə də uşağın valideynlərini təbrik ediblər.

***

Əlamətdar gün münasibətilə Nəsimi rayon qeydiyyat şöbəsinin təşkilatçılığı ilə Bakı Baş səhiyyə idarəsinin 1 saylı körpələr evində tədbir keçirilib.

Tədbirdə doğumu qeydə alınmamış uşaqlara doğum haqqında şəhadətnamələr təqdim edilib. Həmçinin, uşaqların əylənməsi üçün təşkil edilmiş maraqlı oyunlar onların sevincinə səbəb olub.

Keçidlər