X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Qətər dövlətinin ölkəmizdəki səfiri ilə görüş

Mayın 22-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Qətər dövlətinin Azərbaycanda səfiri şeyx Mübarək bin Fəhd Casim Al Tani ilə görüşmüşdür.

Ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərini məmnunluqla qeyd edən nazir dövlət başçılarının qarşılıqlı səfərlərinin bu əlaqələrin inkişafına böyük təkan verdiyini, hüquqi əməkdaşlığa dair geniş perspektivlərin olduğunu bildirmişdir.

Qətər və Azərbaycan arasında münasibətlərin inkişaf etdiyini bildirən səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və beynəlxalq müstəvidə haqlı mövqeyini daim dəstəklədiyini vurğulamış, ölkə Prezidenti cənab İlham Əliyevin güclü siyasi iradəsi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirmişdir. Qonaq, həmçinin respublikamızda aparılan məhkəmə-hüquq islahatlarının müsbət nəticələrindən məlumatlı olduğunu qeyd edərək, hüquqi sahədə əlaqələrin inkişafında Qətər tərəfinin marağını diqqətə çatdırmışdır.

Görüşdə iki ölkə arasında əlaqələrin bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyinə əminlik ifadə olunmuş, ədliyyə sahəsində müqavilə-hüquq bazasının yaradılması üçün əməkdaşlıq sənədlərinin layihələrinin hazırlanıb tərəflər arasında razılaşdırılması məsələləri müzakirə olunmuşdur.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

Keçidlər