X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Ədliyyə Sisteminin Müasirləşdirilməsi Layihəsi (Kredit 4209AZ)

Fərdi Məsləhət fəaliyyəti üzrə tapşırıq: Ədliyyə sistemində idarəçiliyin müasir beynəlxalq norma və standartlara uyğunlaşdırılması, mövcud informasiya proqra¬m¬larının təkmilləşdirilərək uzlaşdırılması da daxil olmaqla vahid informasiya şəbəkəsinin yaradılması məqsədi ilə ədliyyə sisteminin funksional fəaliyyətinin əsaslı təhlilinin aparılması üzrə milli məsləhət xidmətləri

Maraqların İfadəsi üzrə Bildiriş – 1.1-b-CS-03

Maraqların İfadəsi üzrə Bildiriş 21 may 2007-ci il tarixdə DG-market onlayn jurnalında bu Layihə çərçivəsində çap olunmuş Ümumi Satınalmalar üzrə Bildirişin davamıdır.

Azərbaycan Respublikası tərəfindən kredit vəsaitinin bir hissəsinin "Ədliyyə sistemində idarəçiliyin müasir beynəlxalq norma və standartlara uyğunlaşdırılması, mövcud informasiya proqramlarının təkmilləşdirilərək uzlaşdırılması da daxil olmaqla vahid informasiya şəbəkəsinin yaradılması məqsədi ilə ədliyyə sisteminin funksional fəaliyyətinin əsaslı təhlilinin aparılması üzrə milli məsləhət xidmətləri" çərçivəsində istifadəsi nəzərdə tutulur.

Xidmətlərə aşağıdakılar daxildir:

(1) ədliyyə sistemində informasiya və sənədlərin dövriyyəsinin mövcud vəziyyətinin öyrənilməsi;

(2) ədliyyə sistemində informasiya və kommunikasiya sistemlərinə ehtiyacların müəyyən edilməsi;

(3) ədliyyə sistemində informasiya və sənəd dövriyyəsinin funksional modelinin hazırlanması ( mövcud informasiya layihələrinin uzlaşması daxil olmaqla);

(4) tapşırığın icrası ilə bağlı digər işlərin görülməsi.

Milli məsləhətçi Beynəlxalq məsləhətçi ilə birlikdə bu tapşırığın icrasına cəlb olunmuş Ədliyyə Nazirliyinin müvafiq qurumları və Layihənin digər iştirakçıları ilə əlaqəli işləməli və tələb olunan bütün hesabatların hazırlanmasında iştirak etməlidir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məsləhətçiləri xidmətlərin göstərilməsi işi üzrə müsabiqədə iştirak edib imkanlarını nümayiş etdirməyə dəvət edir. Maraq göstərən məsləhətçilər xidmətlərin göstərilməsi sahəsində səriştəliklərini sübut edən məlumatları təqdim etməlidirlər. Tapşırığın ehtimal olunan müddəti altı aydır.

Tapşırığın icrası müddətində beynəlxalq məsləhətçi yerli məsləhətçiyə təlimatlar verəcəkdir.

Milli Məsləhətçi aşağıdakı ixtisas tələblərinə malik olmalıdır:

  • informasiya sistemləri üzrə yüksək təhsil dərəcəsinə;
  • informasiya sistemləri layihələri, onların təsviri, idarəolunması və icrası üzrə ən azı yeddi illik iş təcrübəsinə;
  • informasiya sistemlərinin təhlilinin aparılması üzrə yüksək bacarıqlara;
  • azərbaycan, inglis və rus dillərində danışmaq, yazmaq və oxumaq bacarığına;
  • bu sahə üzrə qabaqcıl beynəlxalq təcrübəyə. Aşağıdakı göstəricilərə malik olan Milli Məsləhətçiyə üstünlük verilir:
  • ədliyyə sistemi üzrə informasiya layihələrinin hazırlanması ( xüsusən MDB ölkələrində) üzrə iş təcrübəsinə;
  • hüquq təhsilinə.

Məsləhətçi Dünya Bankının Təlimatlarında ( Dünya Bankından Kreditalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Qəbuluna dair) göstərilən qaydalara uyğun seçiləcəkdir.

İştirakçılar imkanları barədə məlumatları 2008-ci il avqust ayının 18-i saat 17.00-dək göstərilən ünvana ( Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, "Ədliyyə Sisteminin Müasirləşdirilməsi" Layihəsi, AZ1073, İnşaatçılar prospekti, 1, Bakı, Azərbaycan, tel: ( + 99412) 510-85-59/60, faks: ( + 99412) 510-76-72) təqdim etməli və ya elektron poçt vasitəsi ilə ( office_jmp@justice.gov.az) göndərməlidirlər.

İştirakçılar əlavə məlumatları iş günləri 10.00-dan 17.00-dək yuxarıda göstərilən ünvanlardan əldə edə bilərlər.

Keçidlər