X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Şəmkir Rayon Məhkəməsinin hakimi Ə.B.Nəcəfovun iş yerinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 112-ci maddəsinə uyğun olaraq və Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən qərara alıram:

Əmrah Bəzməddin oğlu Nəcəfov Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək, Füzuli-Qubadlı Hərbi Məhkəməsinin hakimi təyin edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 avqust 2008-ci il.

Keçidlər