X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Yeni təyin olunmuş hakimlərə xüsusi geyim və metodiki vəsaitlər təqdim edilmişdir

Ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakimliyə namizədlərin beynəlxalq standartlar səviyyəsində tam şaffaf və çoxmərhələli prosedurlarla seçilməsi prosesi başa çatmış, 700-dən çox namizəd sırasından 102 nəfər hakim vəzifəsinə layiq bilinmiş və dövlət başçısının 6 avqust 2008-ci il tarixli Sərəncamı ilə birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin edilmişlər.

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov yeni təyin edilmiş hakimlərlə görüşmüşdür. Ölkə Prezidenti tərəfindən şərəfli hakim adına layiq bilinmələri münasibətilə onları təbrik edən nazir, müstəqil və qərəzsiz olacaqlarına, hakim adını daim uca tutacaqlarına ümidvar olduğunu bildirmişdir.

Tədbirdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən mütərəqqi tədbirlər, o cümlədən hakimlərin iş həcminin azaldılması, işlərə daha keyfiyyətli baxılması və süründürməçilik hallarının qarşısının alınması məqsədilə hakim ştatlarının yarıyadək artırılması vurğulanmış, bu təyinatların aparılması ilə birinci instansiya məhkəmələrinin tam komplektləşdirilməsi qeyd edilmişdir.

Sonra hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyimi (mantiya), habelə «Hakimlərin Etik Davranış Kodeksi» və digər metodiki vəsaitlər təqdim olunmuşdur.

Keçidlər