X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sisteminin Müasirləşdirilməsi Layihəsi (Kredit 4209AZ)

Fərdi Məsləhət fəaliyyəti üzrə tapşırıq: Məhkəmə binalarının tikintisi, yenidənqurulması və əsaslı təmirinə dair layihələndirilmə üzrə məsləhət xidmətləri

Maraqların İfadəsi üzrə Bildiriş – 2.1-CS-01

Maraqların İfadəsi üzrə Bildiriş 21 may 2007-ci il tarixdə DG-market onlayn jurnalında bu Layihə çərçivəsində çap olunmuş Ümumi Satınalmalar üzrə Bildirişin davamıdır.

Azərbaycan Respublikası tərəfindən «Ədliyyə Sisteminin Müasirləşdirilməsi» Layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar alınmış kredit vəsaitlərinin bir hissəsinin «Məhkəmə binalarının tikintisinin, yenidənqurulmasının və əsaslı təmirinin layihələndirilməsi üzrə məsləhət xidmətləri» müqaviləsi çərçivəsində istifadəsi nəzərdə tutulur.

Xidmətlərə aşağıdakılar daxildir:

(1) On səkkiz məhkəmə binasının tikintisi və üç məhkəmə binasının yenidənqurulması və əsaslı təmiri üzrə təfərrüatlı memarlıq və mühəndislik layihələrinin və smetalarının hazırlanması, onların dövlət ekspertizasından keçirilməsi;

(2) Məhkəmələrin tikintisi, yenidənqurulması və əsaslı təmiri, həmin işlərə müəllif nəzarətinin edilməsi, habelə məhkəmələrin mebel ehtiyaclarının müəyyənləşdirilməsi üzrə Nümunəvi Tender Sənədlərinin hazırlanması (İşlər Qrafiki, Texniki Spesifikasiyalar və s.);

(3) Satınalınacaq mebellərin texniki spesifikasiyalarının və təfərrüatlı cizgilərinin, habelə mebellərin satınalınması üzrə Nümunəvi Tender Sənədlərinin hazırlanması.

Müqaviləni əldə etmək üçün Məsləhətçi Şirkət aşağıdakı ixtisas göstəricilərinə malik olmalıdır:

yuxarıda qeyd olunan işlərin icrası üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan müvafiq xüsusi razılığa (lisenziyaya);
bina və avadanlıqların təfərrüatlı texniki ekspertizası, qüsurlu infrastrukturların bərpası, memarlıq-layihələndirmə-mühəndis xidmət-ləri, habelə binaların və kommunal xidmətlərin/avadanlıqların layihələndirilməsi üzrə ən azı 5 illik peşakar təcrübəyə və son 2 il ərzində əlaqədar sahədə iş göstəricisinə;
beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən layihələrdə iş təcrübəsinə.

Məsləhətçi Şirkətdə Layihə meneceri, Memar-layihəçi, Mühəndis-smetaçı/layihəçi, Mühəndis-konstruktor, Elektrik mühəndisi – elektrik təchizatı üzrə mütəxəssis, İstilik təchizatı və ventilyasiya üzrə mütəxəssis kimi ixtisaslaşmış əsas işçi heyətinin olması vacibdir.

Layihə meneceri aşağıdakı ixtisas tələblərinə malik olmalıdır:
ən azı 10 illik müvafiq təcrübə və son 3 il ərzində əlaqədar sahədə iş göstəricisinə;
yüksək ünsiyyət və hesabatvermə bacarığına.

Qeyd: Beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilmiş layihələrdə iş təcrü-bəsinə malik olanlara üstünlük veriləcəkdir.

Əsas işçi heyətinin digər üzvlərinə tələblər:
5 illik müvafiq təcrübə və son 2 il ərzində əlaqədar sahədə iş göstəricisi;
yüksək ünsiyyət və hesabatvermə bacarığı.

Qeyd: Beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilmiş layihələrdə iş təcrübəsinə malik olanlara üstünlük veriləcəkdir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məsləhətçiləri xidmətlərin göstərilməsi işi üzrə müsabiqədə iştirak edib imkanlarını nümayiş etdirməyə dəvət edir. Maraq göstərən məsləhətçilər xidmətlərin göstərilməsi sahəsində səriştəliklərini sübut edən məlumatları təqdim etməlidirlər. Tapşırığın ehtimal olunan müddəti altı aydır.

Məsləhətçi şirkət Dünya Bankının Təlimatlarında (Dünya Bankından Kreditalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Qəbuluna dair) göstərilən qaydalara uyğun seçiləcəkdir.

İştirakçılar imkanları barədə məlumatları 2008-ci il avqust ayının 11-i saat 17.00-dək aşağıdakı ünvana (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, «Ədliyyə Sisteminin Müasirləşdirilməsi» Layihəsi, AZ1073, İnşaatçılar prospekti, 1, Bakı, Azərbaycan, tel: (+99412) 510-85-59/60, faks: (+99412) 510-76-72) təqdim etməli və ya elektron poçt (office_jmt@justice.gov.az, ramingurbanov@justice.gov.az) vasitəsi ilə göndərməlidirlər.

İştirakçılar əlavə məlumatları iş günləri 10.00-dan 17.00-dək (yuxarıda qeyd olunan ünvanlardan) əldə edə bilərlər.

Keçidlər