X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

ABŞ-ın ölkəmizdəki səfiri ilə Ədliyyə Nazirliyində görüş

Dekabrın 20-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta ilə görüşüb.

Görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu il ABŞ-a səfərinin uğurlu nəticələri qeyd edilib, ölkəmizin 25 illik müstəqillik dövründəki inkişafı vurğulanıb. Həmçinin, məhkəmə islahatı, o cümlədən hakimlərin beynəlxalq aləmdə örnək kimi dəyərləndirilən ən şəffaf seçimi, elektron məhkəmənin tətbiqi və digər əldə olunan nailiyyətlər maraqla qarşılanıb, habelə qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqi ilə bağlı dövlət başçısının Fərmanı alqışlanaraq sənədin mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Qlobal sosial bəla olan korrupsiyaya qarşı mübarizə müzakirə olunaraq ölkəmizdə bu sahədə görülən tədbirlər, xüsusilə Azərbaycan brendi olan "ASAN xidmət"in səmərəli fəaliyyəti yüksək qiymətləndirilərək bu sahədə müsbət təcrübəmizin dünyada nümunə olduğu vurğulanıb, habelə bütün dünyanın üzləşdiyi terrorizmə qarşı beynəlxalq mübarizədə Azərbaycan və ABŞ-ın səmərəli əməkdaşlıq etdiyi qeyd olunaraq, ölkəmizin bu sahədə atdığı önəmli addımlar təqdir edilib.

Söhbət zamanı əməkdaşlığın prioritetləri, hakimlər üçün birgə tədris tədbirlərinin təşkili, habelə insan hüquqlarının təminatı, humanizm siyasətinin davamlı həyata keçirilməsi və digər maraq doğuran məsələlər müzakirə olunub, qarşılıqlı fəaliyyətə dair təkliflər irəli sürülüb.

Keçidlər