X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyi mətbuat xidmətinin məlumatı

Dövlət qulluğunun xüsusi növü olan ədliyyə orqanlarına qulluğa qəbulun şəffaf prosedurlarla müsabiqə əsasında keçirilməsi üzrə tədbirlər davam etdirilir.

Builki müsabiqənin test imtahanı mərhələsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə mayın 23-də Bakı Dövlət Universitetində keçirilmiş və 204 nəfər hüquqşünasın iştirak etdiyi imtahanı 30-a yaxın yerli və beynəlxalq müşahidəçi, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri izləmişdir.

Qaydalara əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olmuşdur. Test imtahanında 82 namizəd müvəffəqiyyət qazanaraq müsabiqənin ikinci mərhələsinə - söhbətə buraxılmışdır.

Namizədlər müxtəlif regionlardan olmaqla, əsasən gənclərdir. Uğur qazanmışlar arasında ədliyyə orqanlarında və məhkəmələrdə yardımçı vəzifələrdə çalışan, digər təşkilatlardan ədliyyə orqanlarına işə keçmək istəyən namizədlərlə yanaşı, ilk dəfə əmək fəaliyyətinə məhz ədliyyə orqanlarında başlamaq arzusunda olanlar da vardır.

Söhbətin vaxtı və yeri barədə namizədlərə əvvəlcədən məlumat veriləcəkdir.

Keçidlər