X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

8 mart - Qadınlar günü ədliyyə orqanlarında qeyd olunub

Ədliyyə Nazirliyində 8 mart - Qadınlar günü münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən ədliyyə nazirinin müavini Toğrul Musayev əlamətdar gün münasibətilə nazirliyin rəhbərliyi adından qadın əməkdaşları təbrik edib, ölkənin ictimai-siyasi həyatında qadınların rolundan bəhs edib.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət qadın siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, hüquqi dövlət quruculuğunda və ictimai həyatda qadınların fəal iştirakına, onların dövlət idarəçiliyində geniş təmsil olunmasına hər cür şərait yaradılıb. Böyük məmnuniyyətlə qeyd olunub ki, respublikamızın hərtərəfli tərəqqisində çoxşaxəli səmərəli xidmətləri ilə cəmiyyətimizdə və beynəlxalq aləmdə yüksək nüfuz qazanmış Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın bu yaxınlarda ölkəmizdə ilk dəfə təsis edilmiş Birinci vitse-prezident vəzifəsinə təyin olunması Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək statusunun təzahürüdür.

Nazir müavini ədliyyə orqanlarında qadınların səmərəli fəaliyyət göstərdiklərini və Azərbaycan ədliyyəsinin inkişafında dəyərli töhfələrini vurğulayıb, onlara cansağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzulayıb.

Bayram münasibətilə kollektivin qadın əməkdaşlarına hədiyyələr təqdim olunub.

Qadınlar günü nazirliyin struktur qurumlarında da qeyd edilib. 

Keçidlər