X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə orqanlarında Beynəlxalq ailə günü qeyd olunub

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1993-cü il 20 sentyabr tarixli Qətnaməsinə müvafiq olaraq hər il mayın 15-i Beynəlxalq ailə günü kimi qeyd olunur.

Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə həmin gün Səadət sarayında Beynəlxalq ailə gününə həsr olunmuş tədbir keçirilmişdir.

Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə uzun illər nikah mərasimlərinin keçirildiyi əsas məkan kimi tanınmış Səadət sarayında təmir-bərpa və yenidənqurma işləri aparılmış, görülən işlər nəticəsində bu memarlıq abidəsinə yeni həyat verilmişdir.

Tədbirdə Milli Məclisin, Ədliyyə, Səhiyyə, Təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakının rayon icra hakimiyyətlərinin, ali təhsil müəssisələrinin nümayəndələri iştirak etmişlər.

Toplaşanlar üçün ulu öndərin ailə münasibətlərinə həsr olunmuş "Heydər Əliyev - Əsl məhəbbət haqqında" filmi nümayiş olunmuşdur.

Çıxış edənlər ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən olan ailə siyasətindən, Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsinin, ailədə sülh və dözümlülük mədəniyyətinin təbliğinin əhəmiyyətindən söhbət açmışlar.

Təntənəli şəraitdə gənclərin nikahı qeydə alınmış, dəvət olunmuş uzunömürlü ailə üzvlərinin tövsiyələri dinlənilmiş, onlara xatirə hədiyyələri təqdim olunmuşdur.

Azərbaycan Milli Konservatoriyasi nəzdində Musiqi Kollecinin tələbələrinin hazırladığı konsert proqramı və Yasamal rayon Uşaq yaradıcılıq mərkəzinin rəqs qrupunun çıxışı tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.

Həmçinin həmin gün ölkəmizin bütün bölgələrində bu münasibətlə silsilə tədbirlər keçirilmiş, habelə 205 nikah dövlət  qeydiyyatına alınmışdır.

Keçidlər