X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində görüş

Ölkəmizdə səfərdə olan Bolqarıstanın Prokurorluğunun rəhbər şəxsləri ilə mayın 23-də ədliyyə nazirinin müavini Azər Cəfərovun görüşü olub.

Görüşdə Azərbaycan və Bolqarıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin, hüquqi sahədə əlaqələrin inkişafı vurğulanaraq, ölkələrimizin hüquq-mühafizə, o cümlədən ədliyyə orqanlarının səmərəli qarşılıqlı fəaliyyəti qeyd olunub, hər iki dövlətdə məhkəmə-hüquq sistemində aparılan islahatlar barədə faydalı fikir mübadiləsi aparılıb.

Nazir müavini ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, hakimlərin və məhkəmələrin  müstəqilliyinin möhkəmləndirilməsi baxımından Şuranın səlahiyyətlərinin mütəmadi genişləndirilməsi barədə məlumat verib. A.Cəfərov hakimlərin ən şəffaf seçimi və tədrisindən bəhs edərək, bu sahədə nüfuzlu beynəlxalq təşkilatlarla, xüsusilə Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyası (CEPEJ), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə əməkdaşlığı vurğulayıb.

Ölkəmizin məhkəmə-hüquq sahəsindəki nailiyyətlərini maraqla qarşılayan qonaqlar Bolqarıstanın hüquq və məhkəmə sistemi haqqında danışaraq bu sahədə islahatların aparıldığını, bütövlükdə məhkəmə sisteminin, habelə cinayət, cinayət-prosessual qanunvericiliyinin təkmilləşdirilməsini, Ali Məhkəmə Şurasının fəaliyyətini qeyd ediblər. Həmçinin, daha sıx əməkdaşlıq edilə bilən sahələr barədə söhbət aparıb, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri, o cümlədən hakim assosiasiyalarının rolu, mediasiya institutunun tətbiqi və digər maraq doğuran məsələlər müzakirə olunub, qonaqların suallarına aydınlıq gətirilib.

Tədbirdə Baş prokurorun müavini, Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev iştirak edib.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Keçidlər