X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev
Bölmələr

Ədliyyə fəaliyyəti dövlət başçısının tapşırıqlarına uyğun təkmilləşir

13.02.2019

Fevralın 13-də Ədliyyə Nazirliyinin geniş kollegiya iclası keçirilib. Kollegiyada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına dair iclasında verdiyi tapşırıqlardan, həmçinin dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsinə dair 17.01.2019-cu il tarixli Fərmanından və digər göstərişlərindən irəli gələn ədliyyə orqanlarının vəzifələri müzakirə olunub...

Ətraflı

Gənclər günü Ədliyyə Nazirliyində qeyd olunub

02.02.2019

Ədliyyə orqanlarında çalışan işçilərin böyük əksəriyyətini təşkil edən gənclərlə aparılan iş, onların qulluq keçməsi, layiqli dövlət qulluqçusu kimi formalaşması, bilik, bacarıq və potensialından səmərəli istifadə edilməsi məsələləri Nazirliyin rəhbərliyinin daim diqqət mərkəzində saxlanılır...

Ətraflı

Ədliyyə Nazirliyində geniş müşavirə keçirilib

28.01.2019

Ədliyyə Nazirliyində icra və probasiya xidmətlərinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin, cinayət işləri üzrə ibtidai istintaqı aparan müstəntiqlərin iştirakı ilə 2018-ci ildə məhkəmə və digər orqanların qərarlarının, o cümlədən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası, ədalət mühakiməsi əleyhinə və bəzi digər cinayətlərin istintaqının aparılması sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib.

Ətraflı

Ədliyyə işçiləri şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər

21.01.2019

Azərbaycan xalqının müstəqillik uğrunda mübarizliyinin və şücaətinin təcəssümü olaraq milli qürur mənbəyinə və qəhrəmanlıq salnaməsinə çevrilmiş 1990-cı il 20 Yanvar faciəsindən 29 il ötür. Bəşəriyyətə və insanlığa sığmayan ən ağır cinayətlərdən biri kimi tarixə əbədi həkk olunmuş bu faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını üçün canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi daim ehtiramla yad olunur...

Ətraflı

Hakimlər üçün video-konfrans vasitəsilə təlim keçirilib

18.01.2019

Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən islahatlar çərçivəsində hakimlərin tədrisinə xüsusi diqqət yetirilir, bu məqsədlə müxtəlif aktual mövzulara, o cümlədən qanunvericilikdəki yeniliklərə dair mütəmadi təlimlər təşkil olunur. Dövlət başçısı cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə 2018-ci il dekabrın 28-də qəbul olunmuş Qanunla Mülki Prosessual Məcəllədə edilmiş əsaslı dəyişiklərin mahiyyətinin dərindən öyrənilməsi və düzgün tətbiqi məqsədilə keçirilən silsilə təlimlər davam etdirilir...

Ətraflı
Keçidlər