Notariat ofisləri və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumunun dərəcələri («Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasinin qanunundan çıxarış)


Dövlət rüsumu tutulmalı olan hərəkətlərDövlət rüsumunun məbləği
10.1. Daşınmaz əmlakın (torpaq sahələri və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, əmlak kompleksi kimi müəssisələr) və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün: 
10.1.1 . müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə20 manat
10.1.2. müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə: 
Bakı şəhərində250 manat
Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə175 manat
digər regionlar üzrə125 manat
10.1.3. yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi üçün20 manat
10.2. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün: 
10.2.1. müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə25 manat
10.2.2. müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçirsə50 manat
10.3. Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilələrin təsdiqi üçün: 
10.3.1. müqavilə üzrə istifadə hüququ ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə10 manat
10.3.2. müqavilə üzrə istifadə hüququ digər şəxsə keçirsə15 manat
10.4. Kredit müqavilələrinin təminatı kimi bağlanılan girov (ipoteka) müqavilələri üzrə: 
10.4.1. dəyəri 2000 manatadək5 manat
10.4.2. dəyəri 2000 manatdan 5000 manatadək20 manat
10.4.3. dəyəri 5000 manatdan çox olduqda30 manat
10.5. İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: 
10.5.1. Bakı şəhərində110 manat
10.5.2. digər şəhər və rayonlarda44 manat
10.6. Qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: 
10.6.1. Bakı şəhərində55 manat
10.6.2. digər şəhər və rayonlarda22 manat
10.7. Qiymətləndirilən başqa müqavilələrin təsdiqi üçün: 
10.7.1. tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə10 manat
10.7.2. tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxsdirsə10 manat
10.7.3. tərəflər digər şəxslərdirsə80 manat
10.8. Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə sazişin təsdiqi üçün: 
10.8.1. tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə10 manat
10.8.2. tərəflər digər şəxslərdirsə20 manat
10.9. Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün: 
10.9.1. qanunla müəyyən edilən bütün növbəli vərəsələrə (şəhadətnamənin qanun üzrə və ya vəsiyyətnamə üzrə verilməsindən asılı olmayaraq)20 manat
10.9.2. vərəsə digər şəxsdirsə40 manat
10.10.Ər-arvadın birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi üçün10 manat
10.11. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi üçün: 
10.11.1. etibarnamə təmsil edilənin ərinə (arvadına), uşaqlarına, valideynlərinə, babasına, nənəsinə, nəvəsinə, qardaşına, bacısına verilərsə10 manat
10.11.2. etibarnamə digər şəxslərə verilərsə20 manat
10.12. Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqi üçün: 
10.12.1. etibarnamə təmsil edilənin ərinə (arvadına), uşaqlarına, valideynlərinə, babasına, nənəsinə, nəvəsinə, qardaşına, bacısına verilərsə5 manat
10.12.2. etibarnamə digər şəxslərə verilirsə10 manat
10.13. Vərəsəlik əmlakının mühafizəsi barədə tədbir görülməsi üçün20 manat
10.14. Dəniz protestlərinin tərtibi üçün20 manat
10.15. Vəsiyyətnamələrin təsdiqi üçün10 manat
10.16. Notariat qaydasında təsdiq edilmiş sənədlərin təkrarən verilməsi (dublikat) üçün5 manat
10.17. Sənədlərdəki imzanın həqiqiliyinin, həmçinin tərcüməçinin imzasının həqiqiliyinin (hər imza üçün) təsdiqi üçün2 manat
10.18. Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün2 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə 0,50 manat
10.19. İcra qeydlərinin aparılması üçün20 manat
10.20. Fiziki və hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin ərizələrinin digər fiziki və hüquqi şəxslərə, dövlət orqanlarına və bələdiyyələrə verilməsi və bu qanunun 10.1-10.19-cu maddələrində göstərilən hərəkətlərdən başqa notariat hərəkətləri üçün5 manat
10.21. Müştərinin verdiyi bildiriş üzrə əvvəlcədən razılaşdırılmış vaxtda qəbulu üçün5 manat
10.22. Bu Qanunda nəzərdə tutulmuş notariat hərəkətlərinin müştərinin qabaqcadan verdiyi bildiriş üzrə iş yerindən kənarda aparılmasına görə (1 saat üçün)10 manat (notariusun iş yerindən kənarda notariat hərəkətlərinin aparılmasına görə 1 saatdan əlavə sərf olunan hər saat üçün 5 manat)
10.23. Ödəniş (qiymətli) kağızlarına dair təsdiq qeydi və imtina (protest) aktlarının rəsmiləşdirilməsi üçün5 manat

 

Maddə 11. Notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

11.1. Notariat hərəkətlərinin aparılmasına görə aşağıdakı hallarda dövlət rüsumu ödənilmir:

11.1.1. doğumu, ölümü, övladlığa götürülməni və atalığı (analığı) təsdiqləyən sənədləri almaq üçün;

11.1.2. təminatlı kreditorun iştirakçısı olduğu girov müqaviləsi ilə bağlı notariat hərəkətləri aparılarkən dövlət rüsumu tutulmuşdursa, həmin müqavilədən irəli gələn borc öhdəliklərinin təmin edilməsi üçün iflas prosesi zamanı təminatlı kreditor ilə əmlak inzibatçısı arasında bağlanmış saziş ilə əlaqədar notariat hərəkətləri üzrə - təminatlı kreditor və əmlak inzibatçısı;

11.1.3. mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat hərəkətləri üzrə - birinci qrup işləməyən əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər, qaçqınlar və məcburi köçkünlər;

11.1.4. Mülki-hüquqi əqdlərin bağlanması zamanı, habelə mənzil (fərdi ev) alınması və ya dəyişdirilməsi əqdləri ilə bağlı notariat hərəkətləri üzrə - "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar;

11.1.5. pensiya, müavinət, yardım və alimentin alınması üçün verilən etibarnamələr üzrə.

11.2. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək iki bank günü ərzində dövlət büdcəsinə köçürülür.

Notarius tərəfindən notariat hərəkətlərinə görə dövlət rüsumunun qəbulu zamanı ödəyiciyə dövlət rüsumunun ödənilməsini təsdiq edən rəsmi sənədin (mədaxil qəbzi, kassa mədaxil orderi və s.) əsli verilir.

 

Maddə 13-1. Müvafiq sənədə apostil verilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsi

Dövlət rüsumu tutulmalı olan hərəkətlərDövlət rüsumunun məbləği

Müvafiq sənədə apostil verilməsi.

10 manat

iacca
help_az
iap
eplc