azerbaijani english








 
AVROPA ÜMUMİ HÜQUQ MƏRKƏZİ


AVROPA ÜMUMİ HÜQUQ MƏRKƏZİ HAQQINDA
M Ə L U M A T





http://www.eplc.gr

Avropa Ümumi Hüquq Mərkəzi 1995-ci ildə yaradılmışdır. Qərargahı Afina şəhərində yerləşir. Hazırda İtaliya, Fransa, Yunanıstan, Estoniya, Serbiya, Moldova, Ukrayna, o cümlədən Fransanın Panteon - Sorbonna, Böyük Britaniyanın Belfast, Almaniyanın Drezden, Türkiyanın İstanbul Universitetləri, habelə Niderland, İspaniya, İtaliya, Portuqaliya, Yunanıstan, Avstraliya, Moldova, Ukrayna, İran və digər dövlətlərin aparıcı ali təhsil müəssisələri təmsil olunur və bu qurumun işində fəal iştirak edir.
Azərbaycan 2004-cü ildə Yunanıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı nümayəndə heyətinin tərkibində olan Avropa Ümumi Hüquq Mərkəzinin direktoru Spiridon Floqaitis Ədliyyə Nazirliyində qəbul olunmuş və qarşılıqlı əhəmiyyət kəsb edən məsələlər müzakirə edilmişdir. Azərbaycanda həyata keçirilən məhkəmə - hüquq islahatlarına böyük maraq göstərən Spiridon Floqaitis Ədliyyə Nazirliyinə əməkdaşlıq təklifi ilə müraciət edərək, bu qurumun rəhbər orqanında ölkəmizin təmsil olunmasını arzu etmişdir.
Dövlətimizin nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa və dünya təcrübəsinin öyrənilməsinə xüsusi əhəmiyyət verdiyini nəzərə alaraq, Azərbaycanın həmin təşkilatla əməkdaşlığı və onun Direktorlar Şurasında ölkəmizi Ədliyyə Nazirinin müavini cənab Toğrul Musayevin təmsil etməsi barədə qərar qəbul edilmiş, Mərkəzlə hakimlərin, ədliyyə işçilərinin, prokurorların, vəkillərin, notariusların və digər hüquqşünas kadrların tədrisi üzrə əməkdaşlığın həyata keçirilməsi məqsədəuyğun sayılmışdır.
Hazırda Mərkəzin səyləri nəticəsində Yunanıstan Hökümətinin maliyyə dəstəyi əsasında həyata keçirilən Azərbaycanda Qanun Aliliyi üzrə hüquqşünasların tədrisi və zəruri hüquq islahatlarına dəstək adlı Layihə başa çatmışdır. Layihə çərçivəsində bu günə qədər çoxsaylı qarşılıqlı səfərlər, tədris seminarları, uzun müddətli elmi təlim ezamiyyətləri həyata keçirilmişdir.

Copyright © Ədliyyə Nazirliyi All Rights Reserved 2003