|
|
AŞPA-nın həmməruzəçiləri Ədliyyə Nazirliyində olmuşlar
|
|
Avropa Şurası (AŞ) Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex fevralın 1-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşlər. 02/02/2012
| |
|
2 fevral - Azərbaycan gəncləri günü münasibətilə ədliyyə orqanlarında "Açıq qapı" həftəsi keçirilir
|
|
Hörmətli gənc ədliyyə işçiləri!
Ədliyyə Nazirliyinin rəhbərliyi sizi xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan gəncliyinə bəxş etdiyi 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik, ailə səadəti və fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayır. 02/02/2012
| |
|
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak edən namizədlərin nəzərinə
|
|
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, qulluğa qəbulla bağlı 2011-ci ilin noyabr ayının 19-da keçirilmiş test imtahanının nəticələrinə görə uğur qazanmış şəxslərin sənədlərinin toplanması və yoxlanılması başa çatmış və 122 namizəd müsabiqənin ikinci mərhələsinə - söhbətə buraxılmışlar. Onların əksəriyyəti gənclərdir, təxminən yarısı respublikamızın müxtəlif bölgələrini təmsil edirlər.05/01/2012
| |
|
Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilmişdir
|
|

Ədliyyə Nazirliyinin dekabrın 29-da keçirilmiş kollegiya iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğısı, ötən ay peşə bayramı ərəfəsində bir qrup ədliyyə işçilərinin ali xüsusi rütbələrə və yüksək dövlət təltiflərinə layiq bilinməsi vurğulanaraq, «Tərəqqi» və «Dövlət qulluğunda fərqlənməyə görə» medalları ilə təltif edilmiş ədliyyə işçilərinə nazir Fikrət Məmmədov tərəfindən bu yüksək dövlət mükafatları təqdim edilmişdir...29/12/2011
| |
|
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı
|
|
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə hərtərəfli tədbirlər görülür. Yeni təsirli icra mexanizmləri tətbiq edilməklə icra məmurlarının səlahiyyətləri genişləndirilmiş, xidmətin maddi-texniki bazası möhkəmləndirilmişdir...28/12/2011
| |
|