AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I.Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 5, maddə 413; 1999-cu il, N 5, maddə 284, N 7, maddə 396, N 10, maddə 570; 2001-ci il, N 5, maddə 292, N 6, maddə 379, N 7, maddə 455; 2002-ci il, N 1, maddə 4, N 12, maddə 706; 2003-cü il, N 6, maddə 278; 2004-cü il, N 2, maddə 57, N 3, maddə 133, N 4, maddə 199, N 8, maddələr 597, 598, N 9, maddə 669; 2005-ci il, N1, maddə 7; Azərbaycan Respublikasının 2005-ci il 14 iyun tarixli 939-İİ QD nömrəli qanunu) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 19-cu maddənin birinci hissəsində:
1.1. yeddinci abzas çıxarılsın, dördüncü - altıncı abzaslar müvafiq olaraq beşinci - yeddinci abzaslar hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
"Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi;";
1.2.doqquzuncu abzas aşağıdakı redaksiyada verilsin:
"apellyasiya məhkəmələri;
1.3. onuncu abzas çıxarılsın, on birinci abzas onuncu abzas hesab olunsun.
2.21-ci maddədə:
2.1. birinci hissədə "təşkil edilir" sözlərindən sonra "və onun yurisdiksiyası Azərbaycan Respublikasının müvafiq rayonuna, şəhərinə və ya şəhərdəki rayonuna şamil edilir" sözləri əlavə edilsin;
2.2. ikinci hissədə ", olduğu yer və fəaliyyət dairəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə" sözləri "və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq" sözləri ilə əvəz edilsin.
3. 22-ci maddənin birinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Tərkibində 6 və daha çox hakim olan rayon (şəhər) məhkəməsində sədr müavini vəzifəsi təsis edilir.".
4. 23-cü maddənin birinci hissəsinin beşinci abzasında, 28-ci maddənin beşinci abzasında, 34-cü maddənin birinci hissəsinin beşinci abzasında və 39-cu maddənin beşinci abzasında "Plenumunda" sözundən sonra "və müvafiq apellyasiya instansiyası məhkəməsinin Rəyasət Heyətində" sözləri əlavə edilsin.
5.Qanundan 24-cü, 30-cu, 35-ci, 41-ci, 46-cı maddələr çıxarılsın.
6.Qanuna aşağıdakı məzmunda V-I fəsil əlavə edilsin:
"V-I fəsil
Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi
Maddə 30-1.Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi və onun səlahiyyətləri
Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə baxır.
Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikası qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 30-2.Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikası məhkəməsinin təşkili
Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir, onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil edilir.
Maddə 30-3.Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikası məhkəməsinin tərkibi
Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi sədrdən və hakimlərdən ibarətdir.
Qanunla nəzərdə tutulmuş hallarda və qaydada ağır cinayətlərə dair işlərə birinci instansiya üzrə baxılması üçün bu məhkəmənin tərkibində andlılar məhkəməsi yaradıla bilər.
Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikası məhkəməsinin hakimlərinin sayı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir.
Maddə 30-4. Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikası məhkəməsinin sədrinin səlahiyyətləri
Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikası məhkəməsinin sədri:
məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir;
məhkəmə iclaslarına sədrlik edir, işlərin həcmini və sayını nəzərə alaraq hakimlər arasında işləri bölüşdürür;
məhkəmə aparatı işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;
Ali Məhkəmənin Plenumunda və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətində Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir;
məhkəmə fəaliyyətinin təşkili vəziyyətinin, məhkəmə təcrübəsinin öyrənilməsinə və ümumiləşdirilməsinə, məhkəmə statistikasının aparılmasına rəhbərlik edir;
şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.".
7. 32-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 32. Hərbi məhkəmənin təşkili
Hərbi məhkəmə Azərbaycan Respublikasının Silahlı Qüvvələri və başqa silahlı birləşmələri hərbi hissələrinin sayı nəzərə alınmaqla onların yerləşdikləri inzibati ərazi vahidləri üzrə yaradılır.
Hərbi məhkəmənin təşkili, olduğu yer və ərazi yurisdiksiyası Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir.".
8. 33-cü maddənin birinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Tərkibində 6 və daha çox hakim olan hərbi məhkəmədə sədr müavini vəzifəsi təsis edilir.".
9.37-ci maddədə "(Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi həyata keçirir)" sözləri "(Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını müvafiq hərbi məhkəmə həyata keçirir)" sözləri ilə əvəz edilsin.
10. 43-cü maddənin ikinci hissəsində "fəaliyyət dairəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə" sözləri "ərazi yurisdiksiyası Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq" sözləri ilə əvəz edilsin.
11. 44-cü maddənin birinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Tərkibində 6 və daha çox hakim olan yerli iqtisad məhkəməsində sədr müavini vəzifəsi təsis edilir.".
12. 45-ci maddənin birinci hissəsinin beşinci abzasında "Iqtisad Məhkəməsinin" sözləri "müvafiq apellyasiya instansiyası məhkəməsinin" sözləri ilə əvəz edilsin.
13. Qanundan IX fəsil çıxarılsın.
14. 52-ci maddədə:
14.1.birinci hissədən "və Naxçıvan Muxtar Respublikasının ümumi məhkəmələrinin işinə nəzarət edir" sözləri çıxarılsın;
14.2.ikinci hissədən "birinci instansiya və" sözləri çıxarılsın.
15. 53-cü maddədə:
15.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:
"Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Rəyasət Heyətindən, mülki işlər üzrə kollegiyadan, iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyadan, cinayət işləri və inzibati xətalara dair işlər üzrə kollegiyadan və hərbi məhkəmələrin işləri üzrə kollegiyadan ibarətdir.";
15.2.dördüncü hissə çıxarılsın və beşinci hissə dördüncü hissə hesab olunsun.
16.54-cü maddənin üçüncü hissəsində:
16.1. beşinci abzasda "rayon (şəhər) məhkəmələri" sözləri "Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin" sözləri ilə əvəz edilsin;
16.2.yeddinci abzasda "Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələrinə" sözləri "Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinə" sözləri ilə əvəz edilsin.
17.55-ci maddənin ikinci hissəsində "prokuroru" sözündən sonra ", Naxçıvan Muxtar Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri" sözləri əlavə edilsin.
18.56-cı maddədə:
18.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:
"Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollegiyaları apellyasiya instansiyası məhkəməsi kimi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə qərarlardan verilmiş apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxırlar.";
18.2. ikinci hissədə "Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələrinə" sözləri "Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinə" sözləri ilə əvəz edilsin.
19.57-ci maddədə:
19.1.yeddinci və səkkizinci abzaslarda "Məhkəməsi və Naxçıvan Muxtar Respublikası rayon (şəhər) məhkəmələrinin" sözləri "Məhkəməsinin və onun ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin" sözləri ilə əvəz edilsin;
19.2. on birinci abzasda "Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələrində" sözləri "Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrində" sözləri ilə əvəz edilsin.
19.3. on beşinci abzasda "rayon (şəhər) məhkəmələrindən" sözləri "Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrindən" sözləri ilə əvəz edilsin.
20. 59-cu maddənin dördüncü abzasında"Naxçıvan Muxtar Respublikası rayon (şəhər) məhkəmələrindən" sözləri "Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrindən" sözləri ilə əvəz edilsin.
21. 60-cı və 69-cu maddələrin birinci və ikinci hissələrində "bilmədikdə" sözündən sonra "və ya onun səlahiyyət müddəti bitdikdə" sözləri əlavə edilsin.
22.XI fəslin adında "Məhkəməsi" sözü "məhkəmələri" sözü ilə əvəz edilsin.
23.61-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 61. Apellyasiya məhkəməsi
Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin I hissəsinə müvafiq olaraq apellyasiya məhkəməsi mülki, iqtisadi mübahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir.
Apellyasiya məhkəməsinin təşkili, olduğu yer və ərazi yurisdiksiyası Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir.".
24. 62-ci maddənin adında və birinci hissəsinin ikinci cümləsində, 63-cü maddənin adında, birinci hissəsində və üçüncü hissəsinin birinci abzasında, 64-cü maddənin birinci hissəsinin ikinci cümləsində və səkkizinci hissəsində, 65-ci maddənin birinci hissəsinin birinci abzasında və ikinci hissəsində, 66-cı maddənin birinci abzasında, 67-ci maddənin birinci abzasında və 69-cu maddənin ikinci hissəsində "Apellyasiya Məhkəməsinin" sözləri "Apellyasiya məhkəməsinin" sözləri ilə, 62-ci maddənin birinci hissəsinin birinci cümləsində, ikinci və üçüncü hissələrində, 63-cü maddənin ikinci hissəsində, 64-cü maddənin adında, birinci hissəsinin birinci cümləsində, 65-ci, 66-cı və 67-ci maddələrin adında, 68-ci maddənin adında və birinci abzasında, 69-cu maddənin adında və birinci hissəsinin əvvəlində "Apellyasiya Məhkəməsi" sözləri "Apellyasiya məhkəməsi" sözləri ilə, 63-cü maddənin üçüncü hissəsinin ikinci abzasında, 66-cı maddənin ikinci, dördüncü və onuncu abzaslarında, 67-ci maddənin ikinci abzasında "Apellyasiya Məhkəməsinin" sözləri "apellyasiya məhkəməsinin" sözləri ilə, 63-cü maddənin üçüncü hissəsinin dördüncü abzasında, 66-cı maddənin beşinci, altıncı, yeddinci, səkkizinci və on ikinci abzaslarında, 69-cu maddənin birinci hissəsində "icrası" sözündən sonra verilmiş "Apellyasiya Məhkəməsi" sözləri "apellyasiya məhkəməsi" sözləri ilə, 63-cü maddənin üçüncü hissəsinin beşinci abzasında, 66-cı maddənin on birinci və on dördüncü abzaslarında "Apellyasiya Məhkəməsində" sözləri "apellyasiya məhkəməsində" sözləri ilə, 66-cı maddənin doqquzuncu abzasında "Apellyasiya Məhkəməsini" sözləri "apellyasiya məhkəməsini" sözləri ilə əvəz edilsin.
25. 62-ci maddənin birinci hissəsində "mülki işlər üzrə kollegiyadan," sözlərindən sonra "iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyadan," sözləri əlavə edilsin.
26.63-cü maddənin üçüncü hissəsində:
26.1.dördüncü abzasda ", Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ağır cinayətlərə dair işlər üzrə birinci instansiya kollegiyası sədrinin, Ağır cinayətlərə dair işlər üzrə məhkəmə, Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə, hərbi məhkəmələr və rayon (şəhər) məhkəmələri sədrlərinin (Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri istisna olmaqla)" sözləri "və həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri sədrlərinin" sözləri ilə əvəz edilsin;
26.2. altıncı abzasda "Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ağır cinayətlərə dair işlər üzrə birinci instansiya kollegiyası, Ağır cinayətlərə dair işlər üzrə məhkəmə, Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə və rayon (şəhər) məhkəmələrinə (Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri istisna olmaqla), hərbi məhkəmələrə" sözləri "həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinə" sözləri ilə əvəz edilsin.
27. 64-cü maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan Respublikası Prokurorluğunun və müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, habelə digər şəxslər apellyasiya məhkəməsinin Rəyasət Heyətinin iclaslarına dəvət oluna bilərlər.".
28. 65-ci maddədə:
28.1. birinci hissənin ikinci abzasında "rayon (şəhər) məhkəmələri (Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri istisna olmaqla), hərbi məhkəmələr, Ağır cinayətlərə dair işlər üzrə məhkəmə, Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ağır cinayətlərə dair işlər üzrə birinci instansiya kollegiyası" sözləri "həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri" sözləri ilə əvəz edilsin;
28.2.ikinci hissədə "rayon (şəhər) məhkəmələrinə (Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri istisna olmaqla), hərbi məhkəmələrə, Ağır cinayətlərə dair işlər üzrə məhkəməyə, Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəməyə və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ağır cinayətlərə dair işlər üzrə birinci instansiya kollegiyasına" sözləri "həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinə" sözləri ilə əvəz edilsin.
29.66-cı maddədə:
29.1.ikinci abzasda "Məhkəmə" sözü "məhkəmə" sözü ilə əvəz edilsin;
29.2. yeddinci abzasda ", Ağır cinayətlərə dair işlər üzrə məhkəmə, Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə, rayon (şəhər) məhkəmələri (Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri istisna olmaqla), hərbi məhkəmələr, habelə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ağır cinayətlərə dair işlər üzrə birinci instansiya kollegiyası" sözləri "və həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri" sözləri ilə əvəz edilsin;
29.3.səkkizinci abzasda "birinci instansiya (Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri, yerli iqtisad məhkəmələri və Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsi istisna olmaqla) məhkəmələrinin hakimlərinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ağır cinayətlərə dair işlər üzrə birinci instansiya kollegiyası" sözləri "həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri" sözləri ilə əvəz edilsin;
29.4. on birinci abzasda "Ağır cinayətlərə dair işlər üzrə məhkəmədə, Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmədə, rayon (şəhər) məhkəmələrində (Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri istisna olmaqla) və hərbi məhkəmələrdə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ağır cinayətlərə dair işlər üzrə birinci instansiya kollegiyasında" sözləri "həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrində" sözləri ilə əvəz edilsin;
29.5. on beşinci abzasda "rayon (şəhər) məhkəmələrindən" sözləri "həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrindən" sözləri ilə əvəz edilsin.
30. Qanundan XII fəsil çıxarılsın.
31.77-ci maddənin birinci hissəsindən ", inzibati xətalara dair" sözləri çıxarılsın.
32.78-ci maddədə:
32.1. birinci hissədə "müavinləri" sözü "müavini, kollegiya sədrləri" sözləri ilə əvəz edilsin;
32.2.üçüncü hissədən "və inzibati xətalara dair işlər üzrə" sözləri çıxarılsın.
33.79-cu maddədə:
33.1. birinci hissədə "müavinlərindən, hakimlərindən, Iqtisad Məhkəməsinin sədrindən, Apellyasiya Məhkəməsinin sədrindən və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrindən" sözləri "müavinindən, kollegiya sədrlərindən və hakimlərindən" sözləri ilə əvəz edilsin;
33.2. üçüncü hissənin ikinci abzasında "və onun müavinlərinin, Iqtisad Məhkəməsi sədrinin, Apellyasiya Məhkəməsi sədrinin" sözləri ", onun müavininin və kollegiya sədrlərinin, apellyasiya məhkəmələri sədrlərinin" sözləri ilə əvəz edilsin.
34. 80-cı maddənin ikinci hissəsinin birinci cümləsində "iclaslarında" sözundən sonra "apellyasiya məhkəmələrinin sədrləri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri," sözləri əlavə edilsin.
35.81-ci maddənin birinci hissəsində:
35.1. ikinci abzasda "Apellyasiya Məhkəməsinin" sözləri "apellyasiya məhkəmələrinin" sözləri ilə əvəz edilsin;
35.2. üçüncü abzas çıxarılsın, dördüncü - yeddinci abzaslar müvafiq olaraq üçüncü - altıncı abzaslar hesab olunsun;
35.3. üçüncü abzasdan "apellyasiya instansiyası məhkəməsi kimi" sözləri çıxarılsın.
36. 82-ci maddənin üçüncü hissəsindən ikinci cümlə çıxarılsın.
37. 84-cü maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 84.Ali Məhkəmənin sədr müavininin səlahiyyətləri
Ali Məhkəmənin sədr müavini:
məhkəmə iclaslarında sədrlik edir, Ali Məhkəmənin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə onu əvəz edir;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.".
38. Qanuna aşağıdakı məzmunda 84-1-ci maddə əlavə edilsin:
"Maddə 84-1.Ali Məhkəmənin kollegiya sədrinin səlahiyyətləri
Ali Məhkəmə kollegiyasının sədri:
müvafiq məhkəmə kollegiyasının iclaslarında sədrlik edir, məhkəmə kollegiyasının işinin təşkilinə rəhbərlik edir;
işlərin həcmini və sayını nəzərə alaraq hakimlər arasında işləri və başqa vəzifələri bölüşdürür;
məhkəmə statistikasının təhlili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;
məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədar məhkəmələrdən işləri tələb edir;
Ali Məhkəmənin Plenumunda kollegiyalarda ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir;
qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik kömək göstərir;
şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərinə baxılması sahəsində kollegiyanın işini təşkil edir;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.".
39. 85-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 85.Ali Məhkəmənin sədr müavininin və kollegiya sədrlərinin əvəz edilməsi
Ali Məhkəmə sədrinin müavini vəzifələrini yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə onun vəzifələrinin icrası Ali Məhkəmə sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin məhkəmənin kollegiya sədrlərinin birinə həvalə edilir.
Ali Məhkəmənin kollegiya sədri vəzifələrini yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə onun vəzifələrinin icrası Ali Məhkəmə sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin kollegiyanın hakimlərindən birinə həvalə edilir.".
40.86-cı maddədə:
40.1. birinci hissədə "Iqtisad Məhkəməsinin və Apellyasiya Məhkəməsinin" sözləri "Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin" sözləri ilə əvəz edilsin;
40.2. ikinci hissədə "Ali Məhkəmədən, Iqtisad Məhkəməsindən və Apellyasiya Məhkəməsindən başqa bütün məhkəmələrdə bu sahələr üzrə işin təşkili vəziyyətini yoxlamaq" sözləri "birinci və apellyasiya instansiyası məhkəmələrində bu sahələr üzrə işin təşkili vəziyyətini yoxlamaq, habelə birinci instansiya məhkəmələrində sədr və sədr müavini öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya onların səlahiyyət müddəti bitdikdə onların vəzifələrinin icrasını müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə, hakim öz vəzifələrini yerinə yetirə bilmədikdə isə onun vəzifələrinin icrasını müvəqqəti olaraq digər müvafiq məhkəmənin hakimlərindən birinə həvalə etmək" sözləri ilə əvəz edilsin.
41. 88-ci maddədə:
41.1. birinci hissədə "Iqtisad Məhkəməsi, Apellyasiya Məhkəməsi" sözləri "apellyasiya məhkəmələri" sözləri ilə əvəz edilsin;
41.2. dördüncü hissədə "Iqtisad Məhkəməsi, Apellyasiya Məhkəməsi" sözləri və "Iqtisad Məhkəməsinin, Apellyasiya Məhkəməsinin" sözləri müvafiq olaraq "apellyasiya məhkəmələri" və "apellyasiya məhkəmələrinin" sözləri ilə əvəz edilsin.
42.91-ci maddədə "əlaqələrini" sözündən sonra "Məhkəmə-Hüquq Şurası və" sözləri əlavə edilsin, ", Iqtisad Məhkəməsi və Apellyasiya Məhkəməsi" sözləri "və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi" sözləri ilə əvəz edilsin.
43. 94-cü maddədə:
43.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:
"Maddə 94. Hakimlərin, məhkəmələrin sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyalarının sədrlərinin təyin edilməsi";
43.2. ikinci hissədə "Ali Məhkəmənin" sözlərindən sonra ", Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin" sözləri əlavə edilsin.
44.106-cı maddənin birinci hissəsində:
44.1. üçüncü abzasda ", Apellyasiya Məhkəməsinin və Iqtisad Məhkəməsinin" sözləri "və apellyasiya məhkəmələrinin" sözləri ilə əvəz edilsin;
44.2. dördüncü abzasda "Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsinin" sözləri "Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikası məhkəməsinin" sözləri ilə əvəz edilsin;
44.3.yeddinci abzas səkkizinci abzas hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin: "Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində;".
45.107-ci maddənin ikinci hissəsində "Apellyasiya Məhkəməsinin, Iqtisad Məhkəməsinin" sözləri "apellyasiya məhkəmələrinin" sözləri ilə əvəz edilsin.
46.109-cu maddədə:
46.1. beşinci hissə aşağıdakı redaksiyada verilsin:
"Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə hakim vəzifəsində işləmiş müddətdən asılı olaraq aşağıdakı miqdarda pensiya təyin edilir:
5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta əməkhaqqının 45 faizi miqdarında;
5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla;
10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin orta əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə.";
46.2. altıncı hissə yeddinci hissə hesab olunsun və aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:
"Əməkhaqqı artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir.";
46.3. yeddinci hissə aşağıdakı redaksiyada verilsin:
"Bu maddənin beşinci hissəsinin müddəaları bu qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir.".
47. 111-ci maddənin altıncı abzasının əvvəlində "hakimlərin fəaliyyətinin qiymətləndirilməsi zamanı və" sözləri əlavə edilsin.
48.112-ci maddədə:
48.1. birinci hissədə "Apellyasiya Məhkəməsinin və Iqtisad Məhkəməsinin" sözləri "apellyasiya məhkəmələrinin" sözləri ilə əvəz edilsin;
48.2. dördüncü hissə aşağıdakı redaksiyada verilsin:
"Apellyasiya məhkəmələrinin sədrləri müvafiq apellyasiya məhkəmələrinin hakimləri, habelə həmin məhkəmələrin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin hakimləri haqqında intizam icraatının başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət edirlər.";
48.3. beşinci hissə çıxarılsın, altıncı - on altıncı hissələr müvafiq olaraq beşinci - on beşinci hissələr hesab olunsun;
48.4. beşinci hissədə "Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələrinin" sözləri "Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin" sözləri ilə əvəz edilsin;
48.5. on üçüncü hissədə "bir ay" sözləri "üç ay" sözləri ilə əvəz edilsin.
49. 113-cü maddədə "qurtardıqda" sözü "(uzadılmış səlahiyyət müddəti) qurtardıqda Məhkəmə-Hüquq Şurası tərəfindən" sözləri ilə əvəz edilsin.
50. 114-cü maddədə:
50.1. üçüncü hissə aşağıdakı redaksiyada verilsin:
"Bu qanunun 113-cü maddəsinin 1-ci və 6-11-ci bəndlərində nəzərdə tutulmuş əsaslar olduqda hakimlərinin səlahiyyətlərinə onları təyin etmiş orqan tərəfindən vaxtından əvvəl xitam verilir.";
50.2. aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
"Bu qanunun 113-cü maddəsinin 3-5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar olduqda hakimlərin səlahiyyətlərinə Məhkəmə-Hüquq Şurası tərəfindən vaxtından əvvəl xitam verilir.".
51. Keçid müddəalarının 7-ci bəndinin ikinci abzasında "müddətinə" sözündən sonra ", lakin son yaş həddini - 65 yaşı keçməmək şərti ilə" sözləri əlavə edilsin.
II. "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, N 1, maddə 8; Azərbaycan Respublikasının 2005-ci il 14 iyun tarixli 939-II QD nömrəli qanunu) aşağıdakı dəyişikliklər və əlavə edilsin:
1.6.2.7-ci maddədə "apellyasiya instansiyası məhkəməsinin (Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi) hakimi"sözləri "apellyasiya məhkəmələrinin iki hakimi" sözləri ilə əvəz edilsin.
2. Qanundan 6.2.8-ci maddə çıxarılsın, 6.2.9 - 6.2.13-cü maddələr müvafiq olaraq 6.2.8 - 6.2.12-ci maddələr hesab olunsun.
3. 11.0.1-ci maddədə "üzrə fəaliyyət dairəsi" sözləri "yurisdiksiyası" sözü ilə əvəz edilsin.
4. 12.0.22 - 12.0.26-cı maddələr müvafiq olaraq 12.0.23 - 12.0.27-ci maddələr hesab olunsun və aşağıdakı məzmunda 12.0.22-ci maddə əlavə edilsin:
"12.0.22. birinci instansiya məhkəmələrinin sədrlərinə hakimlər arasında işləri bölüşdürərkən konkret hakimin ixtisaslaşmasının nəzərə almasını təklif etmək;".
5. 14.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"14.1.2. apellyasiya məhkəmələrinin üç hakimi;".
6. Qanundan 14.1.3-cü maddə çıxarılsın, 14.1.4 - 14.1.9-cu maddələr müvafiq olaraq 14.1.3 - 14.1.8-ci maddələr hesab olunsun.
7. 18.2-ci maddədə "bir ay" sözləri "üç ay" sözləri ilə əvəz edilsin.
8. 22.0-cı, 22.0.1-ci və 22.0.2-ci maddələr müvafiq olaraq 22.1-ci, 22.1.1-ci və 22.1.2-ci maddələr hesab edilsin və aşağıdakı məzmunda 22.2-ci maddə əlavə edilsin:
"22.2. İşin halları və qanun pozuntusunun dərəcəsi nəzərə alınaraq müzakirə ilə kifayətlənməklə də intizam icraatına xitam verilə bilər.".
Keçid müddəaları
1. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
2. Azərbaycan Respublikasında fəaliyyət göstərən müvafiq məhkəmələr bu qanunda nəzərdə tutulmuş məhkəmələr təşkil edilənədək və onların hakimləri təyin edilənədək öz səlahiyyətlərinin həyata keçirilməsini davam etdirirlər.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2005-cı il