azerbaijani english








RƏSMİ XRONİKA

ƏDLİYYƏ NAZİRLİYİNDƏ ƏBƏDİYAŞAR LİDERİN DOĞUM GÜNÜ QEYD EDİLMİŞDİR

Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olmasının 83-ü ildönümü münasibətilə Ədliyyə Nazirliyində bir sıra tədbirlər keçirilmiş, mayın 10-da ədliyyə işçiləri Fəxri xiyabana gələrək, ümummilli liderimizin məzarını böyük ehtiramla ziyarət etmişlər.
Nazirlikdə yaradılmış Heydər Əliyev Muzeyində keçirilən tədbiri açan ədliyyə naziri Fikrət Məmmədov ulu öndərimizin möhtəşəm çoxşaxəli fəaliyyəti, müasir Azərbaycan dövlətçiliyinin təşəkkülü və möhkəmlənməsində əvəzsiz rolu, xalqımız qarşısında misilsiz tarixi xidmətləri barədə danışmışdır. O, ümummilli liderimizin müəyyənləşdirdiyi strateji inkişaf kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin regionda lider dövlətə çevrildiyini vurğulayaraq, ədliyyə işçilərinin bundan sonra da dövlət başçısına layiqli yardımçı olmaq üçün var qüvvələrini əirgəməyəcəklərini bildirmişdir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə və digər natiqlər XX əsrin tarixi simaları sırasında ən şərəfli yerlərdən birini tutan Heydər Əliyevin xeyirxah əməllərini, xalqımız qarşısında xilaskarlıq və quruculuq missiyasını xüsusi vurğulamışlar.
Eyni zamanda, parlaq və təkrarsız şəxsiyyət Heydər Əliyevə həsr olunmuş yeni kitabların təqdimatı keçirilmiş və onların nüsxələri Muzeyə hədiyyə edilmişdir.
Sonda, tədbir iştirakçıları Nazirliyin kinozalında ulu öndərimizin həyat və fəaliyyətini əks etdirən filmlərə baxmışlar.





Ədliyyə nazirliyi Mətbuat xidmətinin məlumatı


10/05/2006
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003