azerbaijani english








RƏSMİ XRONİKA

ƏDLİYYƏ ORQANLARINA İŞƏ QƏBULLA BAĞLI MÜSABİQƏDƏ İŞTİRAK EDƏN NAMİZƏDLƏRİN NƏZƏRİNƏ



Ədliyyə orqanlarına işə qəbulla bağlı müsabiqədə iştirak edən namizədlər onlara kömək məqsədilə hazırlanmış "Yaddaş kitabçası"nı bütün iş günləri saat 9-dan 18-dək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) şəxsiyyət vəsiqələrini təqdim etməklə götürə bilərlər.
Namizədlərə işə qəbulla əlaqədar keçiriləcək test imtahanının vaxtı və yeri, həmçinin, "İmtahana buraxılış vərəqəsi"nin təqdim edilməsi barədə əlavə məlumat veriləcəkdir.


Müsabiqə Komissiyası

27/11/2006
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003