azerbaijani english








RƏSMİ XRONİKA

ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ




Azərbaycanda məhkəmə qərarlarının icrası üzrə qanunun aliliyinə dair standartlar və imkanlar mövzusunda beynəlxalq konfransda iştirak etmiş Məhkəmə İcraçıları Beynəlxalq İttifaqının prezidenti Jak İsnard, Fransa Milli Prosedurlar Məktəbinin prezidenti professor Abel Didye Pansard, Avropa İttifaqının TACİS proqramının xüsusi Layihəsi üzrə icraçı direktor Bernar Menü noyabrın 30-da ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşlər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı, ölkəmizdə aparılan köklü demokratik islahatlar, məhkəmə sisteminin müasirləşdirilməsi və ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən kompleks tədbirlər barədə ətraflı məlumat verən nazir, ədalət mühakiməsinin səmərəliliyndə məhkəmə qərarlarının vaxtında və düzgün icrasının müstəsna rolunu qeyd edərək, bu mövzuda yenicə başa çatmış beynəlxalq konfransın əhəmiyyətini xüsusi vurğulamışdır.
Azərbaycanda məhkəmə icraçıları xidmətinə dəstək məqsədilə xüsusi Layihənin uğurla yerinə yetirilməsini razılıqla qeyd edən cənab İsnard, ümumavropa əməkdaşlığında Azərbaycanın xüsusi yer tutduğunu və Avropa İttifaqının ölkəmizlə əlaqələrin genişlənməsinə böyük önəm verdiyini bildirmişdir. O, zəngin mədəniyyətə, iqtisadi və insan potensialına malik Azərbaycanın sürətli inişafının, əldə olunan nailiyyətlərin böyük maraq və rəğbət doğurduğunu vurğulayaraq, ölkəmizi Məhkəmə İcraçıları Beynəlxalq İttifaqının üzvü kimi görmək istədiyini bildirmişdir.
Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunmuş, konkret məsələlər barədə səmimi və faydalı fikir mübadiləsi aparılmışdır.
Tədbirdə ədliyyə nazirinin müavini Vilayət Zahirov iştirak etmişdir.
Tədbrdən sonra qonaqlar nazirlikdə Ədliyyə Tarixi Muzeyində olmuşlar.



30/11/2006
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003