azerbaijani english








QANUNVERİCİLİK

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ VƏ BƏZİ FƏRMANLARININ QÜVVƏDƏN DÜŞMÜŞ HESAB EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI



Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası Qanununun və Ədliyyə orqanlarının inkişafı haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanının tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Məhkəmə qərarlarının icrası sisteminin yenidən təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 9 yanvar tarixli 399 nömrəli Fərmanının 3-5-ci bəndləri çıxarılsın.
2. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 620 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 5, maddə 400; 2002-ci il, 8, maddə 478; 2004-cü il, 1, maddə 19; 2005-ci il, 12, maddə 1105) 2-ci bəndinin altıncı abzasında Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanları sözləri Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri öz səlahiyyətləri daxilində sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 oktyabr tarixli 639 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 1, maddə 11; 2004-cü il, 1, maddə 19, 12, maddə 1020; 2005-ci il, 1, maddə 12, 4, maddə 299) 1-ci bəndinin beşinci, altıncı və yeddinci abzaslarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi sözləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 684 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 3, maddə 168; 2002-ci il, 8, maddə 478) 2-ci bəndinin beşinci abzasında Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı orqanları həyata keçirir sözləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri öz səlahiyyətləri daxilində həyata keçirir sözləri ilə əvəz edilsin.
5. Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 1, maddə 31; 2001-ci il, 6, maddə 415) 2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:
5.1. ikinci abzas çıxarılsın, üçüncü və dördüncü abzaslar müvafiq olaraq ikinci və üçüncü abzaslar hesab edilsin;
5.2. ikinci abzasda 40-cı maddəsinin birinci hissəsində sözləri 40-cı maddəsinin birinci və ikinci hissələrində sözləri ilə əvəz edilsin;
5.3. üçüncü abzasda üçüncü hissəsində sözləri üçüncü və dördüncü hissələrində sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 1, maddə 44; 2002-ci il, 8, maddə 478; Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 452 nömrəli Fərmanı) 2-ci bəndinin beşinci abzasında 444.05-ci rəqəmi 445.0.5-ci rəqəmi ilə əvəz edilsin.
7. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 3, (I kitab), maddə 164; 2002-ci il, 7, maddə 412, 8, maddə 478, 12, maddə 716; 2003-cü il, 6, maddə 290; 2004-cü il, 7, maddə 526) 2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:
7.1. dördüncü abzasda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları sözləri rayon (şəhər) qeydiyyat şöbələri sözləri ilə əvəz edilsin;
7.2. yeddinci abzasda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları sözləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 8, (III kitab), maddə 609; 2001-ci il, 10, maddə 640; 2003-cü il, 8, maddə 435, 10, maddə 552; 2004-cü il, 6, maddə 435; 2005-ci il, 2, maddə 64, 5 maddə 403; 2006-cı il, 7, maddə 590) 3-cü bəndinin ikinci abzasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə orqanları sözləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, onların rayon (şəhər) qeydiyyat şöbələri sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 8, (III kitab), maddə 616; 2005-ci il, 12, maddə 1099; 2006-cı il, 5, maddə 400) 1-ci bəndinin onuncu abzasında onun hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələri sözləri Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, onların rayon (şəhər) qeydiyyat şöbələri sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 410 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 10, maddə 725; 2002-ci il, 8, maddə 478; Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 429 nömrəli və 17 avqust tarixli 452 nömrəli fərmanları) ilə təsdiq edilmiş Azərbaycan Respublikasında normativ hüquqi aktların və normativ aktların dövlət uçotu və qeydiyyatı qaydası haqqında Əsasnamədə aşağıdakı dəyişikliklər edilsin:
10.1. 3.1-ci bəndin dördüncü abzasında (o olmadıqda nazirin müavini) sözləri və ya onun müavini sözləri ilə əvəz edilsin;
10.2. Normativ hüquqi aktın dövlət qeydiyyatı haqqında şəhadətnamə (Əlavə 1) və Normativ aktın dövlət qeydiyyatı haqqında şəhadətnamə (Əlavə 2) formalarında Nazir sözü Vəzifəli şəxsin imzası sözləri ilə əvəz edilsin və (imza) sözü çıxarılsın.
11. Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 616 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 762) 2-ci bəndinin dördüncü abzasında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları sözləri və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri öz səlahiyyətləri daxilində sözləri ilə əvəz edilsin.
12. Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 758 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 8, maddə 478; 2004-cü il, 12, maddə 995; Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 448 nömrəli Fərmanı) 15-ci bəndi çıxarılsın.
13. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 4, maddə 228; 2005-ci il, 8, maddə 708, 9, maddə 801, 12, maddə 1103) aşağıdakı dəyişikliklər edilsin:
13.1. 2.1-ci bənddən 1997-ci il 7 aprel tarixli 571 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə, və , 2002-ci il 24 avqust tarixli 758 nömrəli Fərmanının 8-ci bəndinə sözləri çıxarılsın;
13.2. 2.1-ci, 2.6-2.9-cu bəndlərdə hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə orqanları sözləri rayon (şəhər) qeydiyyat şöbələri sözləri ilə əvəz edilsin;
13.3. 3-cü bənd çıxarılsın.
14. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 684-IIQD nömrəli Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 100 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 8, maddə 608) 1.3-cü və 2-ci bəndləri çıxarılsın.
15. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 13 oktyabr tarixli 453 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 10, maddə 829; 2005-ci il, 1, maddə 41, 8, maddə 741, 9, maddə 808, 12, maddə 1194) 2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:
15.1. doqquzuncu abzasdan , dövlət notariat arxivləri, respublika vətəndaşlıq vəziyyəti aktları arxivləri sözləri çıxarılsın;
15.2. on birinci abzasdan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elmi Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu, və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Hüquq Tədris Mərkəzi, sözləri çıxarılsın.
16. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və Məhdud məsuliyyətli müəssisələr haqqında Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 276 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 8, maddə 708) 2-ci bəndi çıxarılsın.
17. Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 fevral tarixli 373 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 2, maddə 90) 2.2-ci bəndində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları sözləri və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri öz səlahiyyətləri daxilində sözləri ilə əvəz edilsin.
18. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 4, maddə 323) ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamədə aşağıdakı dəyişikliklər edilsin:
18.1. 8.5-ci və 9.9-cu bəndlərdə dövlət qeydiyyatı orqanlarının fəaliyyətini sözləri dövlət qeydiyyatının aparılmasını sözləri ilə əvəz edilsin;
18.2. 9.9-cu bənddə notariat sözü notariat orqanlarının fəaliyyətini sözləri ilə əvəz edilsin.
19. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 438 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 8, maddə 664) 3.5-ci bəndində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları sözləri , Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri sözləri ilə əvəz edilsin.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələrinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 11 yanvar tarixli 535 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 551; 2004-cü il, 12, maddə 995) qüvvədən düşmüş hesab edilsin.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 571 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 8, maddələr 478, 490; 2003-cü il, 10, maddə 552; 2005-ci il, 5, maddə 403) qüvvədən düşmüş hesab edilsin.
22. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 dekabr 2006-cı il.


13/12/2006
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003